Sifariz Səbzəliyev
127
Cədvəl 8.1
Konsolidə edilmiş balans hesabatı tərtib edilərkən birləşdirmə və
satınalma metodları arasındakı fərqlər
Əlamət
Birləşdirmə metodu
Satınalma metodu
Qrupların
yaradılması
üsulları
Səhmlərin mübadiləsi
yolu ilə kapitalın
birləşməsi
Şirkət üzərində nəzarət onun səhmlərini
əldə etmək yolu ilə həyata keçirilir
Qudvill
Yaradılmır
Ana şirkətin uçotunda yaranır (övlad
şirkətinin dəyərinin onun xalis
aktivlərinin dəyərini üstələməsi
həcmində)
Balansların
birləşdirilməsi
metodu
Bəzi requlyativ
məbləğlər çıxılmaqla
balans maddələrinin
birləşdirilməsi
Balans maddələri konsolidə edilən
zaman ana şirkət uçot qiymətilə, övlad
şirkət isə bazar qiymətilə
qiymətləndirilir
İstehsal
xərcləri
Qrupun şirkətləri üzrə
toplanılır
Xərclər əsas vəsaitlərin amortizasiyası
və qudvil məbləğində artırılır
Konsolidasiya
prosesində
çıxılan xərclər
Övlad şirkətlərin
aktivlərindəki
qrupdaxili öhdəliklər,
investisiyalar, övlad
şirkətin səhmdar
kapitalı
Həmin maddələr, habelə
bölüşdürülməmiş mənfəət və emissiya
gəlirləri çıxılır
8.3. Əsas (ana) müəssisə, övlad müəssisə və asılı cəmiyyətlər anlayışı
və onlara nəzarətin növləri
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə biznesin aparılması praktikası
sübut edir ki, bazar iqtisadiyyatında səhmdar cəmiyyətlər (korporasiyalar)
çox mühüm rol oynayır. Sahibkarlıq fəaliyyətinin bu formasının üstünlüyü
aiddir: korporasiyanın mülkiyyətçilərinin malik olduqları xalis kapitalın
kəmiyyətinə məsuliyyətlərinin məhdudluğu, mülkiyyətçilərinin dəyişdiril-
məsinin sürətli və əlverişli olması, miqyasına və növlərinə görə fəaliyyətin
qeyri-məhdudluğu. Fərdi xüsusi müəssisələrdən fərqli olaraq, korpora-
siyanın çoxsaylı mülkiyyətçiləri olur. Bu mülkiyyətçilərin əksəriyyəti biri-
|