Konsolidasiya metodlarından
və qiymətlərindən istifadənin
daimiliyi, fəaliyyətdə olan müəssisə prinsipi
: Konsolidasiya metodları
uzun müddət ərzində tətbiq edilməlidir. Belə ki, müəssisə öz fəaliyyətini
Sifariz Səbzəliyev
135
uzun müddət ərzində davam etdirir və onu dayandırmaq niyyətində deyildir.
Müstəsna hallarda kənarlaşmalara yol verilə bilər və bu kənarlaşmalar
müvafiq əsaslandırmalarla hesabata əlavələrdə açıqlanmalıdır. Bu prinsiplər
konsolidə edilən hesabatların olunmasının həm formalarına, həm də metod-
larına şamil edilir.
Əhəmiyyətlilik prinsipi
. Belə bir prinsip, şirkəti maliyyə-təsərrüfat
fəaliyyəti haqqında qərarların qəbuluna, yaxud dəyişdirilməsinə təsir
göstərən bəzi maddələrin kəmiyyətinin açıqlanmasını nəzərdə tutur.
Qiymətləndirmənin vahid metodu
. Konsolidə edilmiş şirkətin aktiv-
ləri, passivləri, gələcək dövrün xərcləri, mənfəət və zərərlər tam şəkildə
qeydə alınmalıdır. Əsas məsələ bundadır ki, ana şirkətin və övlad müəssi-
sənin aktivləri və passivləri konsolidə edildikdə, ana şirkətdə tədbiq olunan
vahid metodoloji qiymətlərlə qiymətləndirilməlidir. Ana şirkətin əməl etdiyi
qanunvericilikdə nəzərdə tutulan qiymətləndirmə metodları konsolidə
edilmiş hesabat formalaşdırılıqda tətbiq olunmalıdır.
Tərtib olunmanın vahid tarixi
: Konsolidə edilmiş hesabat ana şir-
kətinin balansının tərtib olunduğu tarixə əks etdirilməlidir. Övlad müəssi-
sənin hesabatlarının göstəriciləri də konsolidə edilmiş hesabatın tarixinə
yenidən hesablanmalıdır.
Alman qanunvericiliyində konsolidə edilmiş balanslar tərtib olun-
duqda, sadalanan prinsiplərdən başqa, aşağıdakılar da nəzərdə tutulur:
saldolaşdırmanın qadağan edilməsi;
balansın strukturunun sabitliyi;
əvvəlki illərə görə göstəricilərinin verilməsi;
balans maddələrinin yenidən qruplaşdırılmasına yol verilməməsi;
fəaliyyətin bir neçə sferası mövcud olduqda balansın strukturunun
genişləndirilməsi;
zəruri hallarda əlavə qrupların ayrılması;
qəbul edilmiş maddələrdə məzmunu açıqlanmayan yeni maddələrin
balansa daxil edilməsi;
əsas kapitalın dinamikasının əks etdirilməsi;
bir ildən yuxarı ödənilmə müddəti olan borc öhdəliklərinin məb-
ləğlərinin göstərilməsi;
bir ilə qədər ödənilmə müddəti olan borc öhdəliklərinin məbləğlərinin
göstərilməsi;
|