Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə125/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
138 
yətinin maliyyə nəticəsinin kəmiyyətini xarakterizə edir. Mənfəət və 
zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatını tərtib etmək üçün 
azlıqların payı hesabat dövrü ərzində övlad cəmiyyətin bölüşdürülməmiş 
mənfəətinin və ödənilməmiş zərərinin kəmiyyətindən asılı olaraq 
müəyyənləşdirilir. 
Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatında 
azlıqların payı göstəricisi ayrıca maddə şəklində qeydə alınmalıdır: 

Onların siyahısı (tam adı), dövlət qeydiyyat yeri, yaxud təsərrüfat fəaliy-
yətinin aparıldığı yer, ana təşkilatın övlad və asılı cəmiyyətlərdə iştirak 
payı, səsvermə hüququ olan səhmlərin (nizamnamə kapitalı) ana təş-
kilata mənsub olan hissəsi; 

Qrupun maliyyə vəziyyətinə təsir göstərən dəyər qiyməti və onun 
fəaliyyətinin maliyyə göstəriciləri. Asılı cəmiyyətlər üzrə qeyd olunan-
lardan başqa, onların nizamnamə kapitalının kəmiyyəti də əks etdi-
rilməlidir. 
Övlad cəmiyyətə malik olan və təsərrüfatçılıq hüququna əsaslanan unitar 
müəssisələrdə zəruri hallarda konsolidə edilmiş maliyyə hesabatları 
tərtib edə bilərlər. 
Könüllük prinsipi əsasında fəaliyyət göstərən təşkilatların hüquqi şəxslərinin 
birliyi (ittifaqlar, assosiasiyalar) özlərinin təsis sənədlərinə müvafiq 
sürətdə konsolidə edilmiş maliyyə hesabatlarını tərtib etmək hüququna 
malikdirlər. 
Konsolidə edilmiş mühasibat balansına və konsolidə edilmiş mənfəət və 
zərərlər haqqında hesabata əlavələrdə aşağıdakı informasiyalar əks 
etdirilə bilər: 

Konsolidə edilmiş mühasibat balansının seçilmiş formalarında aparılan 
dəyişiklik; 

Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatı 
formasında aparılan dəyişiklik və bu dəyişiklikləri doğuran səbəblər; 

Aktivlərin və öhdəliklərin, gəlirlərin və xərclərin yenidən hesablanması 
nəticəsində əmələ gələn fərqlər; 

Ana təşkilatda mövcud olan yalnız asılı cəmiyyətlərin sayı və i.a. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin