Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə123/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
136 

alınmış avansların məbləğinin ayrıca əks etdirilməsi; 

qoyulmuş kapital üzrə ödənilməyən haqq məbləğlərinin qeydə alınması; 

ehtiyat fondunun tərkibini əks etdirən xüsusi maddələrin daxil edilməsi

“Xüsusi kapitalı üstələyən zərər” maddəsinin ayrıca verilməsi. 
Konsolidə edilmiş maliyyə hesabatlarınin qurulmasına əsaslanan
sadalanan prinsiplərin bir qismi MMUS-da öz əksini tapmışdır. Eyni 
zamanda konsolidə edilmiş maliyyə hesabatları etibarlılıq, tamlıq, ardıcıllıq, 
müqayisəlilik, hesabat dövrü və maliyyə hesabatının rəsmiyyətə salınması 
kimi tələblərə cavab verməlidir. 
8.6. Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının,
mənfəət və zərərlər haqqında hesabatın strukturu 
Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının bir sıra gös-
təriciləri ana təşkilatın və övlad müəssisənin hesabat göstəricilərinin sətir-
bəsətir cəmlənməsi yolu ilə əldə olunur. 
Bu zaman konsolidə edilmiş balansa daxil edilmir: 

Ana təşkilatın övlad cəmiyyətlərin nizmnamə kapitalına qoyduğu 
maliyyə qoyuluşları və müvafiq surətdə övlad cəmiyyətlərin 
nizamnamə kapitalının ana təşkilata mənsub olan hissəsi; 

Ana təşkilatla övlad cəmiyyətlər arasında, həmçinin qrupa daxil olan 
övlad cəmiyyətləri arasındakı əməliyyatlardan alınan mənfəət və zərər; 

Ana təşkilatla övlad cəmiyyətlər arasında, həmçinin qrupa daxil olan 
övlad cəmiyyətləri arasında debitor və kreditor borclarını əks etdirən 
göstəricilər; 

Övlad cəmiyyətlər tərəfindən ana təşkilata, habelə ana təşkilat 
tərəfindən özünün tabelçiliyində olan övlad cəmiyyətlərə ödənilən 
dividendlər: konsolidə edilmiş maliyyə hesabatında yalnız həmin qrupa 
daxil olmayan təşkilatlara və şəxslərə ödənilən dividendlər əks etdirilir

Ana təşkilat səhmdar cəmiyyətin səsvermə hüququ olan səhmlərin 50 
faizdən azına malik olduqda, qrupun fəaliyyətinə aidiyyəti olmayan 
aktivlərin və passivlərin bir hissəsi. 
Əgər ana təşkilatın və övlad cəmiyyətlərin maliyyə hesabatları bir-
ləşdirilən zaman baş təşkilatın övlad təşkilata maliyyə qoyuluşlarının balans 
qiyməti övlad cəmiyyətlərin səhmlərinin nominal dəyərindən fərqlənərsə



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin