Maliyyə hesabatı 132
əsas müəssisənin hər bir törəmə müəssisəyə qoyduğu investisiyaların
balans dəyəri və əsas müəssisənin hər bir törəmə müəssisənin kapi-
talındakı payı ləğv edilir;
birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisənin hesabat dövrü üzrə
mənfəət və ya zərərində azlıqların payı müəyyənləşdirilir;
birləşdirilmiş (konsolidə edilmiş) törəmə müəssisənin xalis aktivlərindəki
azlıqların payı əsas müəssisənin onlarda olan səhmdar payından ayrıca
olaraq müəyyənləşdirilir.
Xalis aktivlərdəki azlıqların payı aşağıdakılardan ibarətdir:
a)
ilkin birləşmə tarixində 18№-li MMUS-na uyğun olaraq hesablanmış
həmin azlıqların payı;
b)
birləşmə tarixindən etibarən azlıqların kapitalda dəyişiklər üzrə payı.
Potensial səsvermə hüquqları mövcud olduqda, əsas müəssisəyə və
azlıqların payına aid edilən mənfəət və zərərlərin və kapitalda dəyişiklik-
lərin nisbəti cari mülkiyyət maraqları əsasında müəyyənləşdirilir və
potensial səsvermə hüquqlarının mümkün icrasını və konversiyasını əks
etdirmir.
Qrupdaxili qalıqlar, əməliyyatlar, gəlir və xərclər bütövlükdə ləğv
edilir. Qrupdaxili əməliyyatlardan yaranan ehtiyatlar və əsas vəsaitlər kimi
aktivlərin tərkibində tanınan mənfəət və zərərlər bütövlükdə ləğv edilir.
Qrupdaxili zərərlər birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatla-
rında tanınmalı olan qiymətdən düşməni göstərə bilər. Qrupdaxili əməliy-
yatlar nəticəsində mənfəət və zərərlərin ləğv edilməsindən yaranan müvəq-
qəti fərqlərə “Təxirə salınmış mənfəət vergisi üzrə” 4№-li MMUS tətbiq
edilir.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanma-
sında istifadə olunan müəssisənin və onun törəmə müəssisələrinin maliyyə
hesabatları eyni hesabat tarixində hazırlanmalıdır. Əsas müəssisə ilə törəmə
müəssisənin hesabat tarixləri arasında fərq olduqda, törəmə müəssisə
konsolidasiya məqsədləri üçün əsas hesabat tarixinə uyğun olan əlavə
maliyyə hesabatlarını hazırlayır.
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması
zamanı istifadə olunan törəmə müəssisənin maliyyə hesabatları əsas
müəssisənin maliyyə hesabatlarının hazırlandığı hesabat tarixindən fərqli
olaraq hazırlandıqda, həmin tarixə əsas müəssisənin maliyyə hesabatlarının