Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə118/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
131 
sənin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim 
etməməyindən xəbərdardır və buna etiraz etmirlərsə; 

əsas müəssisənin hər hansı son və ya aralıq əsas müəssisəsi ictimaiyyət 
tərəfindən sərbəst istifadə edilməsi üçün və MMUS-na uyğun olan 
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim edirsə. 
Əsas müəssisənin bütün törəmə müəssisələri birləşdirilmiş (konsolidə 
edilmiş) maliyyə hesabatlarına daxil edilməməlidir. Törəmə müəssisə alış 
zamanı “Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin uçotu və 
dayandırılmış əməliyyatlar üzrə” 23№-li MMUS-na uyğun olaraq satış üçün 
saxlanılan kimi təsnifləşdirmə meyarına cavab verdikdə, həmin törəmə 
müəssisə 23№-li MMUS-na əsasən uçota alınmalıdır. 
Potensial səsvermə hüquqlarının nəzarət səlahiyyətlərinin edib-
etməməyini və beləliklə də müəssisənin törəmə müəssisə olub-olmadığını 
qiymətləndirərkən, əsas müəssisə, rəhbərliyin həmin səsvermə hüquqlarını 
icra etmək və ya köçürmək niyyəti və maliyyə imkanları istisna olmaqla
potensial səsvermə hüquqlarına təsir edən bütün faktları və şərtləri nəzərdən 
keçirir. 
İnvestor riskli kapitala malik olan təşkilat, qarşılıqlı fond, investisiya 
trastı və ya analoji müəssisə olsa belə, törəmə müəssisə konsolidasiyadan 
çıxarılmalıdır. 
Törəmə müəssisənin həyata keçirdiyi fəaliyyət qrupa daxil olan digər 
müəssisənin fəaliyyətindən fərqlənirsə, həmin törəmə müəssisə konsolida-
siyadan kənarlaşdırılmalıdır. 
Əsas müəssisə, investisiya obyektinin maliyyə və əməliyyat siyasətini 
idarə etmək səlahiyyətini itirdiyi zaman o, həmin müəssisə üzərində nəzarəti 
itirir. Nəzarət mütləq və ya nisbi mülkiyyət səviyyəsində dəyişikliyin baş 
verib-verilməməsindən asılı olmayaraq itirilə bilər. 
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı hazırlayarkən 
müəssisə analoji aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələrini sətirbə-
sətir toplamaqla əsas və onun törəmə müəssisələrinin maliyyə hesabatlarını 
birləşdirir. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı qrup haq-
qında maliyyə məlumatlarının vahid iqtisadi subyekt kimi təqdim edilməsi 
üçün aşağıdakı addımlar atılmalıdır: 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin