Maliyyə hesabatı 146
Birgə müəssisəyə sərmayə qoyan investor ona aid tərəflərdən
biridir və həmin müəssisə üzərində birgə nəzarətə malik deyildir.
Birgə nəzarət iqtisadi fəaliyyət üzərində nəzarətin müqavilə ilə
razılaşdırılmış formada birləşdirilməsidir və belə nəzarət yalnız həmin fəa-
liyyət üzrə strateji maliyyə və əməliyyat qərarlarının qəbul edilməsində
birgə nəzarəti aralarında bölüşdürən tərəflərin (sahibkarların) yekdil
razılığının tələb edildiyi halda mövcud olur.
Proporsional konsolidasiya elə uçot metodudur ki, onun vasitəsilə
sahibkarın birgə nəzarət edilən müəssisənin aktiv, öhdəlik, gəlir və xərc-
lərinin hər birindəki payı sahibkarın maliyyə hesabatlarında bənzər maddə-
lərlə sətirbəsətir birləşdirir, ya da onun maliyyə hesabatlarında ayrıca sətir
maddələri olaraq qeyd edilir.
Sahibkar –birgə fəaliyyətin tərəflərindən biridir və həmin birgə
fəaliyyət üzərində birgə nəzarətə malikdir.
Nə proporsional konsolidasiyanın tətbiq edilməsi nəticəsində tərtib
edilən maliyyə hesabatları, nə də törəmə, asılı, yaxud birgə nəzarət edilən
müəssisədə sahibkar kimi iştirak payı olmayan müəssisənin maliyyə
hesabatları fərdi maliyyə hesabatları hesab olunmur.
Fərdi maliyyə hesabatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarından və sahibkarların birgə müəssisələrdəki payları proporsional
şəkildə konsolidə edilmiş maliyyə hesabatlarından əlavə olaraq təqdim
olunan hesabatlardır. Fərdi maliyyə hesabatları bu hesabatlara birləş-
dirilməməli və ya onları müşayiət etməməlidir.
19№-li MMUS-na uyğun olaraq konsolidasiyadan və ya hazırkı
Standartın 6-cı maddəsinə uyğun olaraq proporsional konsolidasiya
metodunun tətbiqindən azad edilmiş müəssisələr öz fərdi maliyyə hesabat-
larını yeganə maliyyə hesabatları kimi təqdim edə bilərlər.