Sifariz Səbzəliyev
143
Equitu (kapitalda pay)
metodu:
Asılı
cəmiyyətlərin konsolidə
edilmiş hesabata daxil edilməsi üsulu övlad müəssisələrin hesablarının
konsolidasiyasından fərqlənir. Qeyd olunduğu kimi, MHBS-na uyğun
olaraq
kapitalda pay metodunun köməyilə konsolidə edilən hesabatlara daxil edilir.
Həmin metodun ilkin tətbiqinin hesabat tarixi qismində qeydiyyat tarixi əsas
götürülməlidir.
Asılı cəmiyyətin birinci ilində iştirak, onun əldə olunmasına
çəkilən
xərclərin ilkin dəyəri ilə əks etdirilir. Sonrakı dövrlərdə iştirakın dəyər
qiyməti onun balans dəyərinə istinad edəcək.
Bu qiymət, müvafiq sürətdə
alınan mənfəətin (yaxud zərərin) məbləğində azalacaq və ödənilən divident
məbləğində azalmağa doğru meyil edəcək.