Sifariz Səbzəliyev
151
Birgə nəzarət edilən müəssisədəki iştirak payının uçotu sahibkarın
fərdi maliyyə hesabatlarında 19№-li Milli Mühasibat Uçotu Standartına
uyğun olaraq aparılmalıdır.
21№-li Standart ictimaiyyətə açıq fərdi maliyyə hesabatlarını
hazırlayan müəssisələri müəyyən etmir.
Sahibkar birgə fəaliyyətə aktiv ianə edərkən və ya satarkən, əməliy-
yatdan yaranan mənfəət və ya zərər payının tanınması əməliyyatın mahiy-
yətini əks etdirməlidir. Aktivlər birgə fəaliyyət tərəfindən saxlandıqda,
habelə sahibkar aktiv ilə bağlı mülkiyyət hüququ üzrə risk və mükafatların
əhəmiyyətli hissəsini birgə fəaliyyətə ötürdükdə, mənfəət və ya zərərin
yalnız digər sahibkarın iştirak paylarına aid edilən hissəsini tanımalıdır.
Sahibkar hər hansı zərər məbləğinin tam dəyərini, ianə və satışın, cari
aktivin xalis mümkün satış dəyərinin azalmasını və ya qiymətdən düşmə
zərərini sübut etdiyi zaman tanımalıdır.
Sahibkar birgə müəssisədən aktiv satın alarkən, həmin aktivi müstəqil
bir tərəfə satana qədər bir müəssisənin əməliyyatından irəli gələn mən-
fəətindəki payını tanımalı deyil, sahibkar həmin əməliyyatlar nəticəsində
çəkilən zərərdəki payını mənfəət payını tanıdığı kimi tanımalıdır. Lakin əgər
bu zərər cari aktivlərin xalis mümkün satış dəyərinin azalmasına və ya
qiymətdən düşmə zərərinə gətirib çıxarırsa, onda zərər dərhal tanınmalıdır.
Sahibkarla birgə müəssisə arasındakı əməliyyatların aktivin qiymətdən
düşməsini sübut etdiyini yoxlamaq üçün sahibkar
Dostları ilə paylaş: