Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə113/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

onun tərtibi texnikası 
 
Respublika müəssisələrində konsolidə edilmiş hesabatların tərtib edil-
məsi aşağıdakı mühüm vəzifələrin həllinə şərait yaradır: 

Korporativ birliklər (transmilli korporasiyaları da daxil etməklə) 
üçün ümumiləşdirici hesabatların tərtibi proseslərinin unifikasiyası və sadə-
ləşdirilməsi 

Şirkətin fəaliyyətinin müqaisəli təhlilinin təminatı 


Maliyyə hesabatı
126 

Uçot və hesabatın təşəkkül tapmasının mütərəqqi metodlarından 
praktikada istifadə olunması 

Nəhəng korporativ qrupların fəaliyyətinə dövlət orqanları tərəfindən 
nəzarətin həyata keçirilməsi. 
Beynəlxalq praktikada istifadə olunan aşağıdakı dörd metodun 
köməyilə holdinq şirkəti asılı şirkətlərin mühasibat sənədlərini konsolidə 
edilmiş hesabata daxil edə bilər: 
1.
Satınalma

yaxud qovuşma metodu
. Qovuşma asılı şirkətlərin 
aktivlərinin və passivlərinin birləşdirilməsi yolu ilə həyata keçirilir. Onun 
real dəyyəri ilə əsas kapitalının dəyəri arasındakı fərq “Qudvil” adlanır. 
2.
Mənafelərin birləşməsi
və yaxud uçotun qovuşması metodu
. Bu 
metodun tətbiqinə o zaman icazə verilir ki, acıq səhmdar cəmiyyətinin 
səhmlərinin ən azı 90 faizi satın alan cəmiyyətin əlinə keçmiş olsun. 
3.
Öhdəliklər çıxılmaqla, kapitalın xalis dəyərinin uçotu metodu

Bu metoddan istifadə olunduqda qrupun maliyyə hesabatında şirkətə 
qoyulan investisiyalar ayrıca sətirdə göstərilməlidir. 
4.
“Proporsional metod”
o deməkdir ki, qrupun uçot sənədlərinə mad-
dələrin dəyərinin yalnız proporsional hissəsi daxil edilir. 
Konsolidə edilmiş hesabatın tərtib olunması texnikası səhmlərin 
nəzarət paketinin əldə olunması metodundan asılıdır. Beynəlxalq Standart-
lara görə iki metod tövsiyə olunur: 

Kapitalların birləşdirilməsi (
Polinq of intereqts
); 

Səhm paketlərinin satın alınması (
Pueshasinq
). 
Qeyd olunan metodların əsas fərqləri aşağıdakı cədvəldə verilmişdir 
(cədvəl 8.1): 
Birinci halda övlad şirkətin səhmdarları öz səhmlərini ana şirkətin 
səhmlərinə mübadilə etməklə, sanki onun səhmdarlarına çevrilir; ikinci 
halda onlar özlərinin səhmlərini satır. Nəticədə nə ana, nə də övlad şirkətin 
səhmdarı olmur. Kapitalların birləşdirilməsi metodu müəyyən üstünlüyə 
malikdir, çünki o, daha sadədir və aktivlərin cari qiymətlərlə yenidən qiy-
mətləndirilməsini tələb etmir. 
Azərbaycanda yuxarıda nəzərdən keçirdiyimiz metodların tətbiqi, 
hələlik öz həllini tapmamışdır. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin