Sifariz Səbzəliyev
121
III BÖLMƏ. MALİYYƏ HESABATININ TƏTBİQİ
FORMALARI
BU BÖLMƏDƏ:
VIII Fəsil. Birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatları
IX Fəsil. Təşkilatların birgə fəaliyyəti
haqqında maliyyə hesabatı
X Fəsil. Aralıq maliyyə hesabatları
XI Fəsil. Hiperinflyasiya şəraitində
maliyyə hesabatları
XII Fəsil. Əməliyyat seqmentləri üzrə
hesabat
Maliyyə hesabatı
122
VIII FƏSİL. BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ)
MALİYYƏ HESABATLARI
8.1.Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyi-
natı, məqsədi və tətbiq olunma sahəsi
8.2. Konsolidə edilmiş hesabatın qarşısında duran vəzifələr və
onun tərtibi texnikası
8.3. Əsas (ana) müəssisə, övlad müəssisə və asılı cəmiyyətlər anla-
yışı və onlara nəzarətin növləri
8.4. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı və onun
tərtibi proseduraları
8.5. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının hazır-
lanması prinsipləri
8.6. Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının, mən-
fəət və zərərlər haqqında hesabatın strukturu
8.7. Xarici övlad müəssisələrin birləşdirilmiş (konsolidə edilmiş)
maliyyə hesabatının xüsusiyyətləti
8.1. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyinatı,
məqsədi və tətbiq olunma sahəsi
“Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş)
maliyyə hesabatları üzrə” kommersiya təşkilatları üçün 19№-li Milli
Mühasibat Uçotu Standartı Respublika Maliyyə Nazirliyinin 19 dekabr
2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Konsolidə edilmiş
və fərdi maliyyə hesabatları” adlı 27№-li Mühasibat Uçotunun Beynəlxalq
Standartı əsasında hazırlanmışdır.
19№-li Standartın əsas məqsədi maliyyə hesabatlarını qrup adından
təqdim edən müəssisələr tərəfindən tətbiq edilməli olan qaydaların müəyyən
olunmasıdır.
Standartda istifadə ediliş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları –müəssisələr
qrupunun vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə
hesabatlarıdır.
|