Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə106/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
118 
ehtiyac yoxdur. Tarixin göstərilməsi nəticələri əhəmiyyətli dərəcədə təhrif 
edə bilər, habelə əməliyyatların əmək tutumunun son dərəcədə mürəkkəb-
ləşdirməsinə gətirib çıxarar. 
Hesablama qiymətlərində dəyişikliklərin perspektiv tətbiqi 
dedik-
də, hesabat və gələcək hesabat dövrləri ərzində hesablama qiymətlərinə təsir 
göstərən düzəlişlərin tanınması başa düşülür. 
Hesablama qiymətlərində dəyişikliklərin perspektiv tanınması yalnız 
hesabat dövrünə toxuna bilər. Bu halda düzəlişə yalnız hesabat dövrünün 
mənfəəti, yaxud zərəri məruz qalır. Əgər dəyişiklik təkcə hesabat gös-
təricilərinə deyil, sonrakı dövrlərin göstəricilərinə də təsir göstərirsə, onda 
düzəlişlər toxunulan bütün dövrlərin göstəricilərinə aid edilir. 
Misal.
Müəssisənin balansında 300 min manat məbləğində debitor 
borcu qeydə alınmışdır. Belə bir etibarlı informasiya mövcuddur ki, debi-
torun ödəmə qabiliyyəti yoxdur və o, müflisləşmə proseduru elan edə bilər. 
Belə bir borcu hesabat dövrünün zərəri kimi tanımaq lazım gəlir. Sonrakı 
hesabat dövrlərinə və əvvəlki hesabat dövrlərinə düzəlişlər təsir göstərmir. 
Şübhəli borclar üzrə xərclərin tanınması belə əks etdirilir: 
D-t «Şübhəli borclar üzrə xərclər» ( 300 min manat) 
K-t «Debitor borcları»
(300 min manat). 
Misal. 
Müəssisə istehsalat avadanlıqlarını istismar edir. Onun istismar 
müddəti 10 ildir, amortizasiya dəyəri isə 800 min manatdır. Amortizasiya
üçün bərabər hesablama metodu tətbiq edilmişdir.
Birinci iki il üçün 
amortizasiya hesablanmışdır: 
1-ci il üçün - 80 min manat
2-ci il üçün - 80 min manat.
Bazarda daha müasir avadanlığın peyda olması nəticəsində istismar 
edilən avadanlığın faydalı istifadə müddətində dəyişiklik aparılmasına qərar 
verilmişdir. Daha konkret desək, avadanlığın faydalı istifadə müddəti 
istismara verildiyi andan dörd il müəyyənləşdirilmişdir. Bu halda amorti-
zasiya olunan dəyər 640 min manat təşkil edir (800 min 

80 min 

80 min). 
Sonrakı dövrlərdə amortizasiya məbləği belə olacaq: 
3-cü il - 320 min manat; 
4-cü il -320 min manat. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin