Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə104/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
116 
keçirilməsi haqqında qərar qəbul edirsə və bu zaman əvvəllər əldə olunan 
aktivlərin analoji qrupları köhnə metodla amortizasiya olunmaqda davam 
edirsə, bu hal uçot siyasətində dəyişiklik kimi xarakterizə olunur. Lakin belə 
situasiyalarda retrospektiv yanaşmanın tətbiqi vacib deyildir. Həmin qərarın 
maliyyə nəticələrinə təsiri hesabata əlavələrdə kifayət qədər ətraflı 
açıqlanmışdır. Əgər amortizasiya metodlarında dəyişiklik haqqında qərar 
amortizasiya olunan bütün uzunmüddətli aktivlərə şamil edilirsə, onda belə 
bir dəyişiklik uçot siyasətindəki dəyişiklik kimi qeydə alınmalıdır. Eyni 
zamanda «Torpaq, tikili və avadanlıqlar üzrə» 7

-li Standartda və «Qeyri-
maddi aktivlər üzrə» 12

-li Standartda belə dəyişikliklər uçot siyasətində 
deyil, uçot qiymətlərində dəyişikliklər kimi təsnifləşdirilir. 
Uçot qiymətlərindəki dəyişikliklərin nəticələri mənfəət və zərərlər 
haqqında hesabatın həmin təsnifat maddələrinə də daxil edilməlidir. 
Hesabata əlavələrdə aşağıdakı informasiyaların açıqlanması tələb olunur: 

cari dövrdə əhəmiyyətli təsir göstərən, yaxud sonrakı dövrlərdə 
əhəmiyyətli təsir göstərməsi gözlənilən uçot qiymətlərindəki dəyişikliklərin 
xarakteri və kəmiyyəti; 

miqdarca qiymətləndirmənin həyata keçirilməsinin praktik olaraq 
qeyri-mümkünlüyü. 
Daxili nəzarətin effektiv sisteminə, uçot işçilərinin və rəhbərlərin 
yüksək peşəkarlığına və məsuliyyətinə baxmayaraq, səhvlərin miqdarını 
əhəmiyyətli dərəcədə azaltmaq olar, lakin onların təzahürünü tamamilə 
aradan qaldırmaq çox çətindir. Nəticədə, xüsusən də əvvəlki dövrlərdə mey-
dana çıxan maddi səhvlərin düzəldilməsinin uçotu metodlarının standart-
laşdırılması zərurəti yaranmışdır. Səhvlərin düzəldilməsinin uçotuna xüsusi 
olaraq yanaşmanın tətbiqini zəruri edən başlıca meyar onun maddiliyində-
dir. Belə bir maddiliyə görə hər bir səhv, yaxud bütövlükdə səhvlərin məc-
musu ayrılıqda qiymətləndirilməlidir. 
Əgər belə səhvlər maddiliyə uyğun gəlmirsə, başqa sözlə, maliyyə 
hesabatlarına əhəmiyyətli təsir göstərə bilmirsə, onda bu səhvlər cari ilin 
mənfəət və zərərlər haqqında hesabatında düzəlişə məruz qalmalıdır. Əv-
vəlki dövrlərin səhvləri düzəldildikdə, səhvlərin aşkar olunduğu əvvəlki 
dövrlərdə verilən məbləğlər yenidən hesablanmalıdır. 
Əgər səhvlər daha əvvəlki dövrlərə aiddirsə, həmin dövrlərin aktiv-
lərinin, öhdəliklərinin və kapitalının ilkin saldoları yenidən hesablanılır. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin