Maliyyə hesabatı 114
olmaqla həmin dövrə təsir göstərdikdə və ya gələcək dövrlərə təsir göstərə
bildikdə aşağıdakı məlumatlar açıqlanmalıdır:
uçot siyasətində dəyişikliyin xarakteri;
yeni uçot siyasətinin tətbiqinin etibarlı və daha uyğun məlumatlarla
təmin etməsinin səbəbi;
cari dövr və təqdim edilmiş hər əvvəlki dövr üçün maliyyə hesa-
batlarının təsirə məruz qalmış hər maddəsi üzrə düzəlişlərin məbləği;
təqdim edilmiş dövrlərdən əvvəlki dövrlərə aid düzəlişlərin məbləği;
müəyyən keçmiş dövr və ya maliyyə hesabatlarının təqdim edildiyi
dövrdən əvvəlki dövrlər üzrə retrospektiv tətbiq edilmə qeyri-mümkün
sayıldıqda, bunu yaradan səbəblər və uçot siyasətinin dəyişməsinin necə və
hansı dövrdən etibarən tətbiq edildiyinin açıqlanması.
Növbəti dövrlərin maliyyə hesabatlarında bu açıqlamaların təkrarlan-
masına yol verilməməlidir.
Müəssisə artıq dərc edilmiş, lakin hələlik qüvvəyə minməmiş yeni
Milli Mühasibat Uçotu Standartını tətbiq etmədikdə aşağıdakıları açıqlama-
lıdır:
a) bu faktı;
b) ilkin tətbiq edilmə zamanı Milli Mühasibat Uçotu Standartının
tətbiqinin müəssisənin maliyyə hesabatlarına mümkün təsirinin qiymətlən-
dirilməsi üçün uyğun olan mövcud və ya məntiqi şəkildə qiymətləndirilə
bilən məlumatları. Standartın 28-ci maddəsinə uyğun olaraq aşağıdakı məlu-
matlar açıqlanmalıdır:
yeni Milli Mühasibat Uçotu Standartının adı;
uçot siyasətində gözlənilən dəyişikliyin və ya dəyişikliklərin
xarakteri;
standartın tətbiq edilməsi tələb olunan tarix;
standartın ilkin olaraq tətbiq edilməsi planlaşdırılan tarix;
aşağıdakı məlumatlardan biri:
a) Standartın ilkin olaraq tətbiq edilməsinin müəssisənin maliyyə
hesabatlarına təsiri haqqında müzakirə edilməsi;
b) bu təsir məlum olmadıqda və ya etibarlı şəkildə qiymətləndirilə
bilmədikdə bu barədə bəyanat.