Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə98/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Müqayisəlilik 

 
informasiyaların keyfiyyətini xarakterizə edir. Daha 
konkret desək, müqayisəlilik onun istifadəçilərinə imkan verir ki, iqtisadi 


Maliyyə hesabatı
110 
hadisələrin iki dəsti arasındakı oxşar və fərqli cəhətləri müəyyənləşdirə 
bilsinlər. 
İnformasiyaların keyfiyyəti nöqteyi-nəzərindən müqayisəlilik prinsipi-
nin tətbiqinin nəticəsinə görə hesabatın istifadəçilərinə müəssisənin uçot 
siysəti, ondakı dəyişikliklər və bu dəyişikliklərdən alınan effekt haqqında 
məlumat verilir. 
Maliyyə hesabatlarının beynəlxalq və milli standartları təbii şəkildə 
müxtəlif müəssisələrin nəticələrinin müqayisəliliyini yaxşılaşdırır. MHBS 
hamı tərəfindən qəbul edilən və anlaşılan mühasibat «dilinə» çevrilmək-
dədir. 
Bununla yanaşı, hesabatların müqayisəliliyinə cəhd göstərmək heç bir 
halda özbaşına həyata keçirilməməli və verilən informasiyaların keyfiyyə-
tinin yaxşılaşdırılmasına əngəl törətməməlidir. 
Müqayisəlilikdən fərqli olaraq 
ardıcıllıq 
tətbiq olunan uçot siyasətinin 
dəyişilməz qalmasını xarakterizə edir. Müəssisənin uçot siyasəti nə qədər 
ardıcıl olarsa, onun hesabatı daha faydalı ola bilər. 
«Maliyyə hesabatının təqdimatı üzrə» MMUS 1-in tələblərinə uyğun 
olaraq maliyyə hesabatlarının obyektlərinin təqdimatı və təsnifatı dövrdən 
dövrədək dəyişilməz olmalıdır (biznesin xarakterinin xeyli dəyişikliyə 
uğradığı hallar istisna olmaqla). 
Beləliklə, əgər maliyyə hesabatlarının daha çox etibarlılığına şərait 
yaradan yeni uçot prinsiplərindən istifadə imkanları olarsa, müəssisənin uçot 
siyasəti yeni yanaşmalar əsasında dəyişikliyə uğraya bilər. 
7.2.
 
Uçot siyasətində dəyişikliklər 
 
Müəssisə uçot siyasətini yalnız aşağıdakı hallarda dəyişə bilər: 

Milli Mühasibat Uçotu Standartı bunu tələb etdikdə; 

uçot siyasətinin dəyişdirilməsi maliyyə hesabatlarında əməliyyat-
ların, digər hadisə və şərtlərin müəssisənin maliyyə vəziyyətinə, maliyyə 
nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsiri haqqında etibarlı və daha 
uyğun məlumatların təmin edilməsi ilə nəticələndikdə. 
Müəssisənin əvvəlki dövrlərdə həyata keçirdiyi əməliyyatlardan 
mahiyyət etibarı ilə fərqli olan əməliyyatlara yeni uçot siyasətini tətbiq 
etməsi müəssisənin uçot siyasətinin dəyişməsinə dəlalət etmir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin