Sifariz Səbzəliyev 107
Eyni zamanda müəssisənin məqsədləri, habelə xarici iqtisadi situasiya
zaman keçdikcə dəyişikliyə məruz qalır. Bundan başqa uçot standartının
həm özü, həm də onun metodikası dəyişilir və təkmilləşdirilir.
Mühasibat uçotu və hesabatda bu qəbildən olan dəyişikliklərin əks
etdirilməsi daima mütəxəssislər arasında mübahisələrin predmeti olmuşdur.
Praktik olaraq bütün maliyyə təhlili müxtəlif dövrlərin hesabatlarının
müqayisəsinə və uyğunluğuna istinad edir. Uçot siyasətində hər hansı bir
dəyişiklik hesabatlarda uyğunsuzluğun meydana gəlməsinə və maliyyə təh-
lilinin nəticələrinin təhrif edilməsinə gətirib çıxarır. Buna görə hər şeydən
əvvəl, uçot prinsiplərində dəyişikliklərə qərar vermək üçün həmin dəyişik-
liklərin hesabatların müqayisəsinə hansı təsir göstərəcəyini ölçüb-biçmək
və qiymətləndirmək məqsədəuyğundur.
11
№
-li MMUS tamamilə mühasibat uçotundakı dəyişikliklərə, xüsu-
sən də onun prinsiplərinə və qiymətləndirilməsinə, habelə maliyyə hesabat-
larında yol verilən səhvlərə düzəliş etmək qaydalarına həsr edilmişdir.
Standartın əsas məqsədi uçot siyasətində və uçot qiymətlərində edilən
dəyişikliklərə və səhvlərin düzəldilməsinə dair məlumatın açıqlanması və
uçot qaydaları ilə yanaşı, uçot siyasətinin seçilməsi və dəyişdirilməsi üçün
istifadə olunan meyarların müəyyən olunmasından ibarətdir.
11
№
-li MMUS-da istifadə edilən əsas anlayışlar aşağıdakıları ifadə
edir:
Uçot siyasəti –
maliyyə hesabatlarının hazırlanması və təqdim edil-
məsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslı
şərtlər və qaydalardır.
Uçot qiymətlərində dəyişikliklər – aktivlərin və ya öhdəliklərin
mövcud statusunun və onlarla bağlı ehtimal edilən gələcək iqtisadi səmərə
və öhdəliklərin qiymətləndirilməsi nəticəsində aktivin və ya öhdəliyin
balans dəyərinin və ya aktivin dövri istehlak məbləğinin düzəldilməsidir.
Uçot qiymətlərində dəyişikliklər əldə olunmuş yeni məlumatlardan və və-
ziyyətin dəyişməsindən yarandığı üçün səhvlərin düzəldilməsi hesab olunur.