Sifariz Səbzəliyev 105
bu müəssisələr arasında digər hesablaşmalar ilə bağlı pul vəsaitlərinin
hərəkətini daxil edir.
Pul vəsaitlərindən, yaxud onların ekvivalentlərindən istifadəni tələb
etməyən investisiya və ya maliyyə əməliyyatları pul vəsaitlərinin hərəkəti
haqqında hesabatdan çıxılmalıdır. Bu qəbildən olan əməliyyatlar maliyyə
hesabatlarında elə açıqlanmalıdır ki, o, belə investisiya və maliyyə fəaliyyəti
haqqında bütün əhəmiyyətli informasiyaları təmin edə bilsin.
İnvestisiya və maliyyə fəaliyyətinin həyata keçirilməsi pul vəsait-
lərinin cari hərəkətinə bilavasitə təsir göstərməsə də, müəssisənin kapitalının
və aktivlərinin strukturuna təsir göstərə bilər. Belə əməliyyatlar fəaliyyətinin
müvafiq növləri haqqında əhəmiyyətli informasiyaların təmin olunması
məqsədilə maliyyə hesabatlarında açıqlanmalıdır. Qeyri-pul əməliyyatlarına
misal olaraq şirkətlətin bilavasitə səhmlərin buraxılması yolu ilə əldə
olunması və səhmlərə qoyulan uzunmüddətli öhdəliklərin konvertasiyası
göstərilə bilər.
Müəssisənin hesabatında rəhbərlərin şərhi ilə birlikdə, aşağıdakı məlu-
matlar da açıqlanmalıdır:
əməliyyat və investisiya fəaliyyəti ilə bağlı razılaşdırılmış gələcək
öhdəliklərin ödənilməsinə yönəldilə biləcək kredit xəttinin istifadə olunma-
mış məbləğləri;
mütənasib konsolidasiya metodu ilə təqdim olunan və birgə
fəaliyyətdə iştirak payına aid olan əməliyyat, investisiya və maliyyələşmə
üzrə fəaliyyətlərdən yaranan pul vəsaitlərinin hərəkətinin ümumiləşdirilmiş
məbləğləri;
əməliyyat məhsuldarlığının saxlanılması üçün zəruri sayılan pul
vəsaitlərinin hərəkətindən ayrıca olaraq, əməliyyat məhsuldarlığının artma-
sını göstərən pul vəsaitlərinin hərəkətinin ümumi məbləği;
hesabatda təqdim olunan hər bir təsərrüfat və coğrafi seqmentlər üzrə
əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul
vəsaitlərinin hərəkətinin məbləğləri.