Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə92/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
104 
pul vəsaitlərinin daxil olması və istifadəsi haqqında informasiyalara malik 
olmaq çox vacibdir.
Müəssisənin pul vəsaitlərinin axınının idarə olunması aşağıdakı aktual 
səbəblərlə müəyyənləşdirilir: 

pul axınları müəssisənin təsərrüfat fəaliyyətinin praktik sürətdə 
bütün aspektlərinin aparılmasına xidmət göstərir; 

pul axınlarının effektiv idarə olunması müəssisənin maliyyə taraz-
lığını təmin edir və borc kapitalına olan tələbatı minimuma endirir; 

pul axınlarının rasional idarə olunması əməliyyat prosesinin ahəng-
darlığının yüksəlməsinə, ödəmə qabiliyyəti riskinin aşağı salınmasına, 
müəssisə kapitalının dövranının sürətləndirilməsinə gətirib çıxarır. 
Pul axınlarının idarə olunması prosesi özündə aşağıdakıları birləşdirir: 

pul axınları büdcəsinin tərtib edilməsi; 

pul vəsaitləri ilə əlaqədar əməliyyatların tam, öz vaxtında və dolğun 
şəkildə uçotu; 

hesablaşma əməliyyatlarının auditi (hesablaşma əməliyyatlarının baş 
tutmasının qanuniliyinə nəzarət, onların uçotda dürüst əks etdirilməsi); 

pul axınlarının təhlili; 

pul vəsaitlərinin optimal səviyyəsinin müəyyən edilməsi; 

pul axınlarının proqnozlaşdırılması. 
İştirak payı metodu və ya faktikı məsrəflər metodundan istifadə 
etməklə törəmə və ya asılı müəssisələrə qoyulmuş investisiyaların uçotu 
zamanı pul vəsaitlərinin hərəkəti haqqında hesabatda yalnız maliyyə hesa-
batlarını tərtib edən müəssisə (investor) ilə həmin müəssisələr arasında 
yaranmış pul vəsaitlərinin hərəkəti təqdim edilir. 
Mütənasib konsolidasiya metodundan istifadə etməklə konsolidə edil-
miş hesabatını tərtib edən müəssisə (investor) birgə idarə olunan müəssisədə 
öz iştirak payının uçotunun aparılması zamanı təqdim etdiyi pul vəsait-
lərinin hərəkəti haqqında konsolidə edilmiş hesabatına birgə idarəolunan 
müəssisənin pul vəsaitlərinin hərəkətinə öz mütənasib payını daxil edir. 
Maliyyə hesabatını tərtib edən müəssisə (investor) iştirak payı 
metodundan istifadə etməklə, pul vəsaitlərinin hərəkəti haqqında hesabatına 
birgə idarə olunan müəssisəyə onun tərəfindən investisiyaların qoyulması, 
həmin müəssisədə kapitalın bölüşdürülməsi üzrə vəsaitin alınması, habelə 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin