Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə88/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Planlaşdırılan pul axınları
ehtimal etmək imkanlarına əsaslanır. 
Həmin ehtimala görə müəssisədə pul vəsaitlərinin nə zaman və hansı 
məbləğdə daxil olacağı və istifadəsi nəzərdə tutulur. Pul vəsaitlərinin 
hərəkəti müəssisədə plandankənar baş verirsə, bu, 
planlaşdırılmayan
pul 
axınları
kimi təsnifləşdirilir. 
Formalaşmanın fasiləsizliyindən
asılı olaraq müəssisədə müntəzəm 
pul axını və diskret pul axını mövcud ola bilər. 
Müntəzəm pul axınlarına
görə pul vəsaitlərinin daxil olması və 
istifadəsi araşdırılan dövrdə müxtəlif intervallar üzrə müntəzəm sürətdə 
həyata keçirilir. 
Diskret pul axınları
dedikdə nəzərdə tutulan dövrdə müəssisənin hər 
hansı bir maliyyə-təsərrüfat əməliyyatının həyata keçirilməsi ilə əlaqədar 
pul vəsaitlərinin hərəkəti nəzərdə tutulur. 


Maliyyə hesabatı
100 
Vaxtın qiymətləndirilməsindən
asılı olaraq cari pul axınlarını və 
gələcək pul axınlarını fərqləndirmək olar. 
Cari pul axınları
vaxtın cari anına görə pul vəsaitlərinin hərəkətini 
nəzərdə tutur. 
Gələcək pul axınları
vaxtın konkret gələcək anına görə pul 
vəsaitlərinin hərəkətini nəzərdə tutur. 
6.5. Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin hərəkətinin 
hesablanması metodları 
Pul vəsaitlərinin hərəkətini effektiv idarə etmək üçün aşağıdakıları 
bilmək vacibdir: 

müəyyən zaman kəsiyində (ay, rüb, il) onların kəmiyyəti

onların əsas elementləri; 

pul vəsaitlərinin axınını generasiya edən fəaliyyət növləri. 
Müxtəlif ölkələrdə 
pul axınlarının qiymətləndirilməsi
birbaşa, 
yaxud dolayı metodlarla həyata keçirilə bilər. MHBS-da hər iki metoddan 
istifadə edilməsi tövsiyə olunur. Milli Mühasibat Uçotu Standartlarına görə 
Azərbaycanda bu məqsəd üçün yalnız dolayı metoddan istifadə tələb olunur. 
Əslində müstəqim metod hesablama prosedurunun sadəliyi ilə seçilir, 
habelə mühasiblər və maliyyəçilər üçün daha anlaşıqlıdır. Bu metod bila-
vasitə mühasibat uçotunun registrləri (baş kitab, jurnal-orderlər) ilə əlaqə-
dardır, göstəricilərin hesablanması, pul vəsaitlərinin daxil və xaric olmasına 
nəzarəti həyata keçirmək üçün əlverişlidir. Bu zaman həm müəssisə üzrə 
bütövlükdə, həm də fəaliyyətin müxtəlif növləri üzrə daxilolmaların ödə-
nişləri üstələməsi vəsaitlərin artımını, ödənişlərin daxilolmaları üstələməsi 
isə vəsaitlərin azalmasını göstərir. 
Eyni zamanda pul vəsaitlərinin hərəkətinin kəmiyyətinin hesablan-
masının birbaşa metodu müəssisənin likvidlik səviyyəsini qiymətləndirmək 
nöqteyi – nəzərindən də çox maraqlıdır. 
Müəssisənin maliyyəsinin operativ idarə edilməsində birbaşa metod 
satışdan alınan gəlirlərin formalaşması proseslərinə nəzarət etmək üçün də 
istifadə oluna bilər. Bu metodun başlıca çatışmazlıqı bundadır ki, o, müəs-
sisənin aldığı maliyyə nəticələri (mənfəət) ilə pul vəsaitlərinin mütləq 
ölçüsündəki dəyişikliklər arasındakı qarşılıqlı əlaqəni nəzərə almır. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin