Maliyyə hesabatı
98
xaric olan.
Daxil olan pul axınları
müəyyən zaman kəsiyi ərzində müəssisəyə
daxil olan pul vəsaitlərinin məcmusunu xarakterizə edir.
Xaric olan pul axınları
həmin dövr ərzində müəssisənin istifadə
etdiyi pul vəsaitlərinin məcmusunu göstərir.
Həyata keçirilmə formasına görə
pul axınları nağd və nağdsız ola
bilər.
Nağdsız pul axınlarının
xüsusiyyətinə görə onlar müəssisədə yalnız
mühasibat hesablarındakı yazılışlar şəklində formalaşır.
Nağd pul axınları
pul vəsaitlərinin müəssisənin
kassası vasitəsilə
alınmasını və ödənilməsini xarakterizə edir.
Tədavül sferasından asılı olaraq müəssisənin pul axınları
aşağıdakı
kimi ola bilər:
kənar;
daxili.
Kənar pul axını
hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin daxil
olmasını, habelə pul vəsaitlərinin hüquqi və fiziki şəxslər ödənilməsini
xarakterizə edir.
Daxili pul axını
müəssisənin malik olduğu pul vəsaitlərinin yerinin
dəyişilməsi ilə əlaqədardır. O, bütün hallarda qalığa təsir göstərmir, belə ki,
daxili dövriyyənin tərkib hissəsidir.
Qoyuluşun davamiyyətindən asılı olaraq pul axınları qısamüddətli
və uzunmüddətli ola bilər.
Əgər pul vəsaitlərinin qoyuluşunun müddəti bir ili üstələyirsə, o,
uzunmüddətli
hesab olunur. Əgər pul vəsaitlərinin digər obyektlərlə
qoyuluşu bir ilə qədərdirsə, bu
Dostları ilə paylaş: