Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə85/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
97 
Qeyd olunan təsnifatın hər bir qrupunun qısa xarakteristikasını 
araşdıraq: 
Maliyyə-təsərrüfat proseslərinə xidmət göstərilməsinin miqyasına 
görə pul axınlarını aşağıdakı qruplara bölmək olar: 

müəssisənin pul axınları; 

struktur bölmələrinin pul axınları; 

müxtəlif təsərrüfat əməliyyatlarının pul axınları. 
Müəssisənin pul axınları
həmin qrupda ən ümumiləşdirici hesab 
olunur. O, pul vəsaitlərinin daxil olmasını və istifadəsini müəssisə üzrə 
bütövlükdə xarakterizə edir və özündə struktur bölmələrinin pul axınlarını 
və müxtəlif təsərrüfat əməliyyatlarının pul axınlarını birləşdirir. 
Hər bir struktur bölməsinin pul axınları
ayrılıqda idarəetmənin 
müxtəlif obyektləri kimi müəssisənin filiallarının, nümayəndəliklərinin və 
digər struktur bölmələrinin fərqləndirilməsi nəticəsində yaranır. 
Müxtəlif təsərrüfat əməliyyatlarının pul axınlarının
mövcudluğu 
həmin təsərrüfat əməliyyatlarının müəssisənin bütün maliyyə-təsərrüfat 
fəaliyyətinin ayrıca tərkib hissəsi kimi imkanlarından və onunla əlaqədar pul 
vəsaitlərinin hərəkəti ilə əlaqədar imkanları müəyyənləşdirməkdən asılıdır. 
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin növlərindən asılı 
olaraq
pul axınları aşağıdakı qaydada təsnifləşdirilir: 

əməliyyat fəaliyyətinin pul axınları; 

investisiya fəaliyyətinin pul axınları; 

maliyyə fəaliyyətinin pul axınları. 
Əməliyyat fəaliyyətinin pul axınları
məhsul istehsalı prosesi, işlərin 
yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, alınan malların satılması ilə 
əlaqədar malalanlardan pul vəsaitlərinin daxil olmasını və onların istifa-
dəsini xarakterizə edir. 
İnvestisiya fəaliyyətinin pul axınları
dövriyyə aktivlərinə qoyuluşla 
və onların satılması ilə əlaqədar müəssisə fəaliyyətinin həyata keçirilməsi 
zamanı formalaşır. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin