Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə91/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
103 
tizasiya ayırmaları məhsulların maya dəyərinin elementi kimi çıxılır. Buna 
görə də dövr ərzində pul axınları hesablandıqda, həmin ayırmaların məb-
ləğini bərpa etmək lazımdır, başqa sözlə, hesablanılan köhnəlmə məbləğini 
xalis mənfəətin kəmiyyətinə əlavə etmək lazımdır. Daha konkret desək, 
etibarsız (ümidsiz) maddələrə aiddir: 

amortizasiya olunmayan əsas vəsaitlərin və digər dövriyyədənkənar 
aktivlərin qalıq dəyərlərinin maliyyə nəticələrinin azalmasına silinən 
məbləği; 

əmlakın müxtəlif növlərinin satışı mümkün satış qiyməti ilə qalıq 
dəyəri arasındakı fərq şəklində mənfəətdə əks etdirilir. Eyni zamanda 
hesabat dövründə pulların daxil olması satış qiymətinə bərabər qiymətlə tam 
məbləğdə mənfəətə əlavə edilməlidir; 

material məsrəfləri istehsala buraxıldıqca məhsulların maya dəyəri-
nin tərkibinə daxil edilir. Eyni zamanda istehsalat ehtiyatlarının və xərclərin 
artan məbləğini mənfəətdən çıxmaq lazımdır; 

cari passivlərin qısamüddətli passivlər hesabları üzrə qalıqların 
artdığı halda pulların artması halları müşahidə edildikdə, həmin məbləğ 
həcmində mənfəət artırılmalıdır. 
İnkişaf etmiş ölkələrin mühasibat hesabatı formalarında ehtiyatların və 
xərclərin uçota alındığı hesablar üzrə əməliyyatlar hesabına mənfəətdə 
düzəlişlər, habelə qısamüddətli borclar bir maddə şəklində əks etdirilir: xalis 
dövriyyə kapitalının dəyişilməsi (dövriyyə aktivləri- qısamüddətli pas-
sivlər). Xalis dövriyyə kapitalının artması pul vəsaitlərinin azalmasını, kapi-
talın azalması isə onun artmasını göstərir. Eyni zamanda real, yaxud ma-
liyyə investisiyaları ilə əlaqədar pulların azalmasını da nəzərə almaq lazım-
dıır. Bu göstəricilər mənfəət göstəricisində öz əksini tapmır. 
Daxilolmaların və ödənişlərin müqayisəsi fəaliyyətinin hər bir növü 
üzrə maliyyə nəticələrini müəyyənləşdirilməyə imkan verir. Daha sonra 
alınan məlumatlardan gələcək dövrə pul axınlarını proqnozlaşdırmaq üçün 
istifadə etmək olar. Dövr ərzində pul vəsaitlərinin ümumilikdə artımı heç də 
həmişə müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması demək deyildir. 
Hər şey ondan asılıdır ki, gələcəkdə həmin pul vəsaiti fəaliyyətinin hansı 
növlərinin inkişafına yönəldiləcəkdir. 
Pul vəsaitlərinin istifadəsi haqqında əsaslandırılmış qərarlar qəbul 
etmək üçün fəaliyyətin müxtəlif növləri (əməliyyat, investisiya, maliyyə) 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin