Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə99/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
111 
«Torpaq, tikili və avadanlıqlar üzrə» 7

-li və «Qeyri-maddi 
aktivlər üzrə» 12

-li 
Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq, 
aktivlərin yenidən qiymətləndirilməsi üzrə siyasətin ilkin tətbiqi, uçot 
siyasətində dəyişiklik olmaqla, 11

-li standartın müddəalarına uyğun 
deyil, 7

-li və 12

-li Milli Mühasibat Uçotu Standartlarına müvafiq 
olaraq yenidən qiymətləndirmə kimi baxılır. 
Aşağıdakılar uçot siyasətində dəyişikliklər hesab olunmur: 

mahiyyətcə özündən əvvəlkilərdən fərqlənən əməliyyatlara, 
hadisələrə və şərtlərə münasibətdə uçot siyasətinin hazırlanması; 

müəssisənin əvvəllər həyata keçirmədiyi, yaxud xüsusi əhəmiyyət 
daşımayan əməliyyatlara, hadisələrə və şərtlərə münasibətdə uçot siyasə-
tinin hazırlanması; 

«Torpaq, tikili və avadanlıqlar üzrə» 7

-li və «Qeyri-maddi aktivlər 
üzrə» 12

-li Standartlara uyğun olaraq aktivlərin yenidən qiymətlən-
dirilməsi üzrə uçot siyasətinin ilk dəfə tətbiqi. 
Misal. 
Müəssisə ilk dəfə olaraq qeyri-maddi aktiv obyektini satın 
almışdır. Qeyri-maddi aktiv obyektinin uçotu ilə bağlı uçot siyasəti hazır-
lanmışdır. Bu hal uçot siyasətində dəyişiklik deyildir. Belə ki, müəssisədə 
əvvəllər olmayan hadisə baş vermişdir. 
Uçot siyasətində dəyişikliklər həm məcburi, həm də könüllü ola bilər. 
Uçot siyasətində məcburi dəyişikliklər artıq qüvvədə olan standart-
larda, yaxud yeni standartların qüvvəyə minməsi nəticəsində baş verə bilər. 
Uçot siyasətinin tətbiqi qaydası standarta keçid təlimatlarının mövcud 
olub-olmamasından asılıdır. Əgər standartda, yaxud standartın tətbiqində 
keçid təlimatı varsa, onda uçot siyasəti hazırlandıqda keçid təlimatlarını əldə 
rəhbər tutmaq lazımdır. Əgər standartda, yaxud standartın tətbiqində keçid 
təlimatları yoxdursa, onda dəyişiklik retrospektiv qaydada tətbiq edilir.
Misal. 
Müəssisə digər bir müəssisəni satın almışdır və onun ba-
lansında aktivlərin mübadiləsi nəticəsində əldə olunan əsas vəsait obyekti 
uçota alınmışdır. Əsas vəsait obyektinin qiymətləndirilməsi MMUS-a uyğun 
həyata keçirilməmişdir. Belə aktivlərin uçotu üçün müəssisə «Torpaq, tikili 
və avadanlıqlar üzrə» 12

-li standartın müddəalarını əsas götürməlidir. 
Aktivlərin mübadiləsi nəticəsində alınan əsas vəsait obyektlərinin ilkin 
qiymətləndirilməsinə münasibətdə 12

-li standart əsasında qiymətləndirmə 
perspektiv əsasda yalnız gələcək əməliyyatlara tətbiq edilməlidir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin