Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə101/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
113 
Yeni uçot siyasəti tətbiq edildikdə düzəlişlər bütün əvvəlki dövrlər 
ərzində aparılmalıdır. Lakin belə bir düzəliş həmişə mümkün olmur. 
Dəyişikliyin konkret dövrə təsirini və onun kumulyativ effektini müəyyən-
ləşdirmək mümkün deyildirsə, onda retrospektiv dəyişikliyi həyata keçir-
mək çox çətindir. Bu halda düzəliş mümkün olan bütün əvvəlki dövrləri 
əhatə etməlidir. 
Misal. 
Təşkilat özünün fəaliyyətini beş il ərzində həyata keçirmişdir 
və malları satışa sildikdə uçot siyasətində dəyişikliklər haqqında qərar ve-
rilmiş və orta çəki dəyərindən istifadə məqsədəuyğun sayılmışdır. Təşkilatın 
işinin bütün dövrləri ərzində malların dəyərinin orta çəki dəyəri metodu üzrə 
yenidən hesablanması nəzərdə tutulmuşdur. Lakin təşkilatda olan ilk sə-
nədlər itmiş, yalnız son üç ilin sənədləri arxivdə saxlanılmışdır. Buna görə 
təşkilat yalnız həmin üç ilin məlumatlarına düzəliş vermək məcburiyyətində 
qalmışdır. Eyni zamanda mənfəət göstəriciləri də düzəlişə məruz qalmalıdır.
7.3.
 
Uçot siyasətində verilən məlumatların açıqlanması 
 
Milli Mühasibat Uçotu Standartının ilkin olaraq tətbiq edilməsi cari 
hesabat dövrünə və ya hər hansı keçmiş hesabat dövrünə təsir göstərdikdə 
və yaxud gələcək hesabat dövrlərinə təsir göstərə biləcəyi halda, düzəlişin 
məbləğini müəyyənləşdirmək mümkün olmadığı hal istisna olmaqla aşa-
ğıdakı məlumatlar açıqlanmalıdır: 

Milli Mühasibat Uçotu Standartının adı; 

uçot siyasətində dəyişikliyin onun keçid şərtlərinə uyğun olaraq
edildiyi; 

uçot siyasətində dəyişikliyin xarakteri; 

keçid şərtlərinin təsviri; 

gələcək dövrlərə təsir göstərə biləcək keçid şərtləri; 

cari dövr və təqdim edilmiş hər əvvəlki dövr üçün təsirə məruz qalan 
hər maliyyə hesabatları maddəsi üzrə müvafiq düzəlişlərin məbləği; 

düzəlişlərin təqdim edilmiş dövrlərdən əvvəlki dövrlərə aid məbləği. 
Növbəti dövrlərin maliyyə hesabatlarında bu açıqlamaların təkrarlan-
masına yol verilməməlidir. Uçot siyasətinin könüllü surətdə dəyişdirilməsi 
cari hesabat dövrünə və ya hər hansı keçmiş dövrə təsir göstərdikdə, ya da 
düzəlişin məbləğini müəyyənləşdirmək qeyri-mümkün olduğu hal istisna 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin