Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə100/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
112 
Uçot siyasətində könüllü dəyişiklik fəaliyyətdə olan standartların yeni 
interpretasiyalarının buraxılışı, yaxud yeni standartların qüvvəyə minməsi 
ilə birbaşa əlaqədə deyildir. Uçot siyasətində dəyişikliyi müəssisə könüllü 
surətdə həyata keçirir. Uçot siyasətində könüllü dəyişiklik ona əsaslanma-
lıdır ki, həmin dəyişiklik maliyyə hesabatında daha əhəmiyyətli və etibarlı 
informasiyalar verə bilsin. Əgər müəssisə uçot siyasətində dəyişikliyi
könüllü qaydada aparırsa, o, retrospektiv dəyişikliyi tətbiq etməlidir. Stan-
dartlarda bəzi dəyişikliklər, onların dərc etdirildiyi anda deyil, sonrakı 
dövrlərdə qüvvəyə minir. Belə dəyişikliklərin təcili tətbiqi uçot siyasətində 
könüllü dəyişiklik sayıla bilməz. Bu halda müqayisəli göstəricilərə düzəliş 
etməyə ehtiyac yoxdur. 
Misal. 
2010-cu ilin may ayında MHBS Komitəsinin İdarə Heyəti 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarındakı dəyişiklikləri dərc 
etdirmişdir. Düzəliş 6 Standarta və bir interpretasiyaya aiddir: MHBS 
(İFRS) 1, MHBS (İFRS) 3, MHBS (İFRS) 7, MHBS (İAS) 1, MHBS (İAS) 
27, MHBS (İAS) 34 və PKİ (İFRİS) 13. Düzəlişlərin əksəriyyəti 2011-ci il 
yanvar ayının 1-dən sonra başlayan illik hesabat dövrləri üçün nəzərdə tutul-
muşdur. Məsələn, «Maliyyə hesabatının təqdimatı» adlı Standarta uyğun 
olaraq müəssisə sair məcmu gəlirləri maddələrə bölünməklə kapitalda dəyi-
şikliklər haqqında hesabatda, yaxud hesabata əlavələrdə verə bilər. Müəssisə 
həmin dəyişikliyin 2010-cu ilin hesabatında nəzərə alınmasına qərar ver-
mişdir. Belə bir dəyişikliyin təcili surətdə tətbiqi uçot siyasətində aparılan 
könüllü dəyişiklik sayılmır. Buna müvafiq surətdə müqayisəli göstəricilərə
düzəliş edilməsinə ehtiyac yoxdur.
Uçot siyasətinin retrospektiv tətbiqi kapitalın hər bir komponenti, 
hesabat dövrünün və bundan əvvəkki dövrlərin icmal göstəricilərinin hər bir 
qalığı üzrə düzəliş aparılmasını tələb edir. 
Misal. 
Övlad təşkilat avtomobilin satışını həyata keçirir. Mallar satışa 
silindikdə qiymətləndirmənin FİFO metodu tətbiq edilir. Digər övlad 
təşkilatlar və ana müəssisə qiymətləndirmənin orta çəki metoduna üstünlük 
vermişlər. Konsolidə edilən hesabatı hazırlamaq üçün təşkilat da orta çəki 
dəyəri metodundan istifadə etməlidir. Bunun üçün malların dəyəri bütün 
dövrlər ərzində orta çəki dəyəri metodu üzrə yenidən hesablanmalıdır. Həm-
çinin mənfəət göstəricisi də dəyişdirilməlidir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin