Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə108/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
120 
Əgər səhvlər cari dövrdə aşkara çıxarılmışdırsa, onlar maliyyə hesa-
batı təsdiq və təqdim edilənədək düzəlişə məruz qalmalıdır. Əhəmiyyətli 
səhvlər sonrakı dövrlərdə aşkarlandıqda, onlar birinci maliyyə hesabatında 
retrospektiv qaydada düzəldilməlidir. Birinci maliyyə hesabatı səhvlər dü-
zəldiləndən sonra buraxılır. Bu halda retrospektiv yenidən hesablama həyata 
keçirilir. 
7.5.
 
Retrospektiv qaydada yenidən təqdim etməyə qoyulan 
məhdudiyyətlər 
 
Əvvəlki hesabat dövrünün səhvi, onun konkret dövr üzrə təsirinin və 
ya ümumi təsirinin müəyyənləşdirilməsi qeyri-mümkün olduğu hallar 
istisna olmaqla, retrospektiv şəkildə yenidən hesablanaraq düzəldilməlidir. 
Təqdim edilmiş bir və ya bir neçə keçmiş dövrə aid müqayisəli məlu-
matlara səhvin konkret dövr üzrə təsirini müəyyən etmək mümkün 
olmadıqda, müəssisə retrospektiv qaydada yenidən təqdim etmənin mümkün 
olduğu ən erkən hesabat dövrünün əvvəlinə olan (bu cari hesabat dövrü də 
ola bilər) aktivlərin, öhdəliklərin və kapitalın qalıqlarını yenidən hesablayıb 
təqdim etməlidir. 
Cari hesabat dövrünün əvvəlində səhvin bütün əvvəlki hesabat dövr-
lərinə ümumi təsirinin müəyyənləşdirilməsi mümkün olmadıqda, müəssisə 
səhvi perspektiv qaydada düzəltmək məqsədilə mümkün olan ən erkən he-
sabat dövründən etibarən müqayisəli məlumatları yenidən təqdim etməlidir. 
Səhvin aşkar edildiyi hesabat dövrünün mənfəət və zərərlər haqqında 
hesabatında əvvəki hesabat dövrünün səhvinin düzəldilməsinə yol verilmir. 
Əvvəlki hesabat dövrləri haqqında təqdim edilmiş hər hansı məlumatlar, 
maliyyə rəqəmləri haqqında məlumatlar daxil olmaqla mümkün qədər uzaq 
keçmişə aid olan hesabat dövrü üzrə yenidən təqdim edilməlidir. 
Bütün əvvəlki hesabat dövrləri üzrə səhvin məbləğini müəyyənləş-
dirmək mümkün olmadıqda, müəssisə mümkün olan ən erkən hesabat döv-
ründən etibarən müqayisəli məlumatları perspektiv qaydada yenidən təqdim 
etməlidir. 
Səhvlərin düzəldilməsi uçot qiymətlərində baş verən dəyişikliklərdən 
fərqlənir. Uçot qiymətləri öz mahiyyətinə görə əlavə informasiya əldə 
olunduqda yoxlanılması tələb olunan təxmini qiymətlərdir.

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin