Sifariz Səbzəliyev 119
Əsas vəsaitlərin faydalı istifadəsinin qiymətləndirmə müddətinin də-
yişilməsi hesabat və sonrakı dövrlərin mənfəət və zərər göstəricilərinə təsir
göstərir.
Əgər dəyişiklik qiymətləndirmənin əsasına toxunursa bu hesablama
qiymətində deyil, uçot qiymətində dəyişiklik deməkdir. Belə halda uçot
siyasətindəki, yaxud hesablama qiymətindəki dəyişikliyi bir-birindən fərq-
ləndirmək çox çətindir. Bütün hallarda dəyişiklik hesablama qiymətindəki
dəyişiklik kimi təsnifləşdirilir. Uçot siyasətindəki dəyişikliklə hesablama
qiymətindəki dəyişikliyin prinsipial fərqi bundadır ki, birinci retrospektiv,
ikinci isə perspektiv qaydada tətbiq olunur. Əsas vəsaitlərin və qeyri-maddi
aktivlərin uçotu ilə bağlı standartlar istisnalıq təşkil edir.
Misal. Müəssisə, mülkiyyət hüququnda əsas vəsait obyektlərinə ma-
likdir. Əsas vəsaitlərin qiymətləndirilməsi onlar tanındıqdan sonra ilkin
dəyərlə həyata keçirilmişdir. Hesabat dövründə müəssisə qymətin dəyişdiril-
məsi və yenidən qiymtləndirmə dəyəri üzrə metodun tətbiqi haqqında qərar
qəbul etmişdir. Qəbul edilən qərar 11
№
-li «Uçot siyasəti, uçot qiymət-
lərində dəyişikliklər və səhvlər» adlı MMUS-a uyğun olaraq, uçot siya-
sətindəki dəyişiklik hesab olunmur. Bu qərar 7
№
-li «Torpaq, tikili və ava-
danlıqlar üzrə» adlı MMUS-a uyğun olaraq, yenidən qiymətləndirmə kimi
nəzərə alınır.
Müəssisə maliyyə hesabatında uçot qiymətində baş vermiş dəyişiklik-
lərin xarakterini və məbləğini açıqlamalıdır. Eyni zamanda dəyişikliyin he-
sabat dövrünün və sonrakı dövrlərin göstəricilərinə təsiri də qeydə alınma-
lıdır (əgər belə bir təsir mövcuddursa). Dəyişikliyin təsirini qiymətlən-
dirmək mümkün olmazsa, onda müəssisə bu faktı hökmən göstərməlidir.
Maliyyə hesabatının hazırlanması zamanı səhvlər müxtəlif səbəblər
üzündən baş verə bilər (məsələn, riyazi hesablamalarda səhvlər, informa-
siyaların təhrif edlməsi, düşünülmüş şəkildə aldatmaq, diqqətsizlik və i.a.).
Əgər maliyyə hesabatında əhəmiyyətli səhvlər, yaxud əhəmiyyətli
olub-olmamasından asılı olmayaraq, düşünülmüş şəkildə yol verilən səhvlər
olduqda, bu hesabat etibarlı sayıla bilməz və MHBS-na uyğun gəlmir.
Əhəmiyyətli səhvlər dedikdə, istifadəçilər tərəfindən iqtisadi qərarla-
rın qəbuluna təsir göstərə bilən informasiyaların təhrif olunması başa
düşülür.