Maliyyə hesabatı 124
Özünün tərkibində övlad müəssisə və asılı təşkilatlar olan ana müəs-
sisə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını qanunvericilikdə
nəzərdə tutulan müddətdə və qaydada təqdim etməlidir.
Beynəlxalq praktikada qəbul edilmiş uçot və hesabat sisteminə müva-
fiq surətdə müəssisələr özlərinin maliyyə hesabatlarına filialların, nümayən-
dəliklərin və digər bölmələrin fəaliyyətlərinin göstəricilərini də daxil etmə-
lidirlər. Qaydaya görə övlad müəssisələrə və tabelikdə olan cəmiyyətlərə
malik olan müəssisələrdə konsolidə edilmiş maliyyə hesabatlarını tərtib
etmək praktikası uzun illərdir mövcuddur və bu respublikanın uçot prak-
tikasında yenilik sayıla bilməz. Lakin bazar iqtisadiyyatı şəraitində konso-
lidə edilmiş hesabatların tərtibi, təsdiqi və təqdimi ilə əlaqədar bir sıra ciddi
problemlərə hələ də rast gəlinir. Məsələ burasındadır ki, müxtəlif hesabat
göstəricilərinin sadə qaydada cəmlənməsi, necə bir bütöv vahid kimi,
müəssisələr qrupunun əmlak və maliyyə vəziyyətləri haqqında real mənzərə
yarada bilmir.
Eyni zamanda övlad müəssisə və asılı cəmiyyətlərin göstəricilərinin
ana müəssisənin konsolidə edilmiş hesabatlarına daxil edilməsi metodikası
haqqında hər hansı bir elmi araşdırmalar nisbətən zəif aparılır. Bu barədə
respublikada 19№-li Standartdan başqa, hər hansı bir normativ baza yox
dərəcəsindədir.
“Müəssisələr qrupu” termini də bizim respublikamızda 2007-ci ildən
tətbiq edilir. Əslində qrup vətəndaş dövranının müstəqil iştirakçısı və
hüquqi şəxs sayılmır. Onun xüsusi idarəetmə orqanı yoxdur və vergiyə cəlb-
olunmanın subyekti hesab edilmir. Qrup tərəfindən həyata keçirilən hər
hansı bir hərəkət iştirakçılar vasitəsilə həyata keçirilir. Qrupun hər bir üzvü
hüquqi cəhətdən müstəqildir. Bu mənada həmin qrup tərəfindən tərtib
edilmiş hesabat hər hansı bir hüquqi əhəmiyyət daşımır.
Bir tərəfdən baş təşkilat, digər tərəfdən isə övlad və asılı cəmiyyətlər
qrupun üzvləri sayılır. Öz növbəsində baş təşkilat, övlad cəmiyyətlərə mü-
nasibətdə əsas cəmiyyət kimi, asılı cəmiyyətlərə münasibətdə isə müəyyən
üstünlüyə malik olan subyekt kimi çıxış edir.
Hüquqi şəxsin hesabatından fərqli olaraq, konsolidə edilən hesabat
investorlara, onların qoyduqları investisiyalardan səmərəli istifadə olunma-
sına nəzarəti həyata keçirməyə şərait yaradır ki, bu da konsolidə edilmiş
hesabatların ən böyük üstünlüyüdür.