Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Ciddi məlumat boşluqları və ya maliyyə hesabatlarının maddələri



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə96/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Ciddi məlumat boşluqları və ya maliyyə hesabatlarının maddələri 
üzrə məlumatın yanlış təqdim edilməsi 
istifadəçilərin maliyyə hesabat-
larına əsaslanan qərarlarına ayrı-ayrılıqda və ya birlikdə təsir edə bildikdə 
əhəmiyyətli hesab edilir, əhəmiyyətlilik dərəcəsi məlumat boşluğunun və ya 
yanlış təqdim edilmiş məlumatın həcmindən və xüsusiyyətindən asılıdır. 


Maliyyə hesabatı
108 
Müvafiq maddənin həcmi və ya xüsusiyyəti və ya bunların hər ikisi müəy-
yənləşdirici amil ola bilər. Bundan başqa, əhəmiyyətlilik dərəcəsi istifadəçi-
lərin təsərrüfat fəaliyyəti haqqında və mühasibat uçotu haqqında müvafiq 
biliklərə sahib olması, habelə onların əldə edilən məlumatlarla diqqətlə tanış 
olmaq istəyinə malik olması fərziyyəsi əsasında mövcud şərtlər daxilində 
edilmiş mühakiməyə əsaslanır.
Keçmiş dövrlərin səhvləri 

 
müəssisənin bir və ya bir neçə əvvəlki 
dövrlərini əhatə edən maliyyyə hesabatlarında aşağıdakı şərtləri təmin edən 
etibarlı məlumatdan istifadə edilməməsi və ya yanlış istifadə edilməsi 
nəticəsində buraxılmış səhvlər və təqdim edilmiş yanlış bəyanatlardır: 
a) məlumat həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün 
tətbiq edildiyi zaman mövcud olduqda; 
b) məlumatın həmin maliyyə hesabatlarının hazırlanması və təqdim 
edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün 
hesab edildikdə. 
Belə səhvlərə riyazi və uçot siyasətinin tətbiq edilməsi zamanı bura-
xılan səhvlər, faktların gözdən qaçırılması və ya səhv izah edilməsi və 
saxtakarlıq daxildir. 
Retrospektiv tətbiq etmə 

yeni uçot siyasətinin müəssisə əməliyyat-
larına, digər hadisə və şərtlərə, onun sanki həmişə tətbiq edildiyi şəkildə 
tətbiq edilməsidir.

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin