Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə145/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
158 
olaraq, həmin müəssisələrin əvvəlki maddədə göstərilən məlumatlardan 
başqa, həmin məlumatları da təqdim etməsi tövsiyə olunur. 
Aralıq maliyyə hesabatlarının məqsədləri üçün maddənin necə 
tanınmalı, qiymətləndirilməli, təsnifləşdirilməli və ya açıqlanmalı olduğu 
barədə qərarın verilməsi zamanı aralıq dövrün maliyyə məlumatlarının 
əhəmiyyətliliyi qiymətləndirilməlidir. Bu zaman aralıq qiymətlərin qiymət-
ləndirilmiş göstəricilərə illik maliyyə göstəricisinin qiymətləri ilə 
müqayisədə daha cox əsaslana biləcəyi tanınmalıdır. 
“Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№-li
və 
“Uçot siyasəti, 
uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11№-li
Milli 
Mühasibat Uçotu Standartlarına əsasən, yuxarıda qeyd olunan maddə, onun 
buraxılması və ya səhv göstərilməsi istifadəçilərin maliyyə hesabatları 
əsasında qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bildikdə əhəmiyyətli 
hesab olunur. 1№-li MMUS, dayandırılmış fəaliyyət daxil olmaqla, 
əhəmiyyətli maddələrin ayrıca açıqlanmasını tələb edir. 18№-li MMUS isə 
uçot siyasəti uçot qiymətləndirilmələrində dəyişikliklərin və səhvlərin açıq-
lanmasını tələb edir. Standartların heç birisi əhəmiyyətliliyin qiymətlən-
dirilməsi ilə əlaqədar kəmiyyət göstəricilərini müəyyən etmir.
Əhəmiyyətliliyin qiymətləndirilməsi zamanı əsaslandırma həmişə 
tələb olunduğu üçün 29№-li Standart aralıq göstəricilərin anlaşıqlığını səbəb 
gətirərək maddələrin tanınması və açıqlanması ilə əlaqədar yalnız aralıq 
dövrün göstəriciləri əsasında qəbul olunmasını nəzərdə tutur. Beləliklə
misal üçün, qeyri-adi maddələr, uçot siyasəti və ya uçot qiymətlətində 
dəyişikliklər və səhvlər, açıqlamaların aparılmadığı təqdirdə yarana biləcək 
qarışıqlığın aradan qaldırılması məqsədilə, aralıq dövrün göstəricilərinin 
əhəmiyyətliliyi əsasında tanınır və açıqlanlır. Burada əsas məqsəd aralıq 
maliyyə hesabatlarına müəssisənin aralıq dövrdə maliyyə vəziyyətinin və 
fəaliyyət naticələrinin anlaşılması üçün uyğun olan bütün məlumatların 
daxil olmasının təmin edilməsidir. 
Əgər aralıq dövrdə təqdim olunmuş qiymətləndirilən məbləğ maliyyə 
ilinin son aralıq dövrü ərzində əhəmiyyətli dərəcədə dəyişmiş, lakin həmin 
son aralıq dövrü üzrə ayrıca maliyyə hesabatı tərtib olunmamışdırsa, bu 
dəyişikliyin xüxusiyyəti və məbləği həmin maliyyə ili üzrə illik maliyyə 
hesabatlarına qeydlərdə açıqlanmalıdır. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin