Sifariz Səbzəliyev 161
bütün əhəmiyyətli maliyyə məlumatlarının müvafiq şəkildə açıqlanmasına
zəmanət verməlidir. Həm illik, həm də aralıq maliyyə hesabatlarında,
adətən, məntiqi qiymətlərə əsaslanıldığı üçün, aralıq maliyyə hesabatlarının
hazırlanması zamanı qiymətləndirmə metodlarının illik maliyyə hesabatla-
rına nisbətən, daha çox tətbiq edilməsi tələb olunacaqdır.
Uçot siyasətində dəyişikliklər, Yeni Standartlar və Şərhlər həmin
dəyişikliklərin tətbiqi üzrə keçid müddəalarını müəyyən etmirsə, aşağıdakı
şəkildə öz əksini tapmalıdır:
cari maliyyə ilinin əvvəlki aralıq dövrlərinin 11 №-li MMUS-ə uyğun
olaraq illik maliyyə hesabatlarında yenidən təqdim olunacaq hər hansı əv-
vəlki maliyyə illərinin müvafiq aralıq dövrlərinin maliyyə hesabatlarının
yenidən təqdim olunması;
maliyyə ilinin əvvəlində yeni uçot siyasətinin bütün əvvəlki dövrlərdə
tətbiq olunmasının məcmu təsirini müəyyən etmək mümkün olmadıqda,
yeni uçot siyasətinin mümkün olan ən erkən tarixdən perspektiv olaraq
tətbiq olunması üçün cari maliyyə ilinin əvvəlki aralıq dövrlərinin və
əvvəlki maliyyə illərinin müvafiq aralıq dövrlərinin maliyyə hesabatlarina
düzəliş edilməsi.
Nəhayət, mövzunun sonunda qeyd etmək istəyirik ki, müəssisələr,
necə bir minimum kimi əhəmiyyətli sayılan və hesabatda açıqlanmayan
aşağıdakı konkret informasiyaları aralıq maliyyə hesabatlarına əlavələrə
daxil etməlidir:
vahid uçot siyasətinin və hesabatın elementlərinin və hesabatın eleməntlə-
rinin metodlarının tətbiqi haqqında ərizə;
Uçot siyasəti dəyişikliyə uğradıqda, dəyişikliyin xarakterinin və onların
hesabat maddələrinə təsirinin əks olunduğu izahat;
aralıq əməliyyatların mövsümiliyi və mərhələliyi haqqında göstəriş;
müəssisə üçün qeyri-adi sayılan təsərrüfat fəaliyyəti faktlarının xarak-
teristikası, onların ölçüsü, yaxud fəaliyyət sferası;
adi və sair səhmlər üzrə ödənilən dividendlər (cəmisi və bir səhm hesabı
ilə);
borc və pay şəklində olan kağızların emissiyası, alınması və ödənilməsi;
seqment fəaliyyətindən gəlirlər və nəticələr;
hesabat tarixindən sonrakı hadisələr;