Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə142/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
155 

mənfəət və zərərlər haqqında müxtəsər hesabat; 

kapitalda dəyişikliklər haqqında müxtəsər hesabat; 

pul vəsaitlərinin hərəkəti haqqında müxtəsər hesabat; 

seçilmiş izahlı qeydlər. 
Əgər müəssisə maliyyə hesabatlarının tam məcmusunu aralıq maliyyə 
hesabatları şəklində dərc edirsə, onda həmin hesabatların forması və tərkibi 
1№-li Milli Mühasibat Uçotu Standartında maliyyə hesabatlarının tam 
məcmusunun forması və tərkibi üzrə göstərilən tələblərə uyğun olmalıdır. 
Müəssisə aralıq maliyyə hesabatları qismində müxtəsər maliyyə hesa-
batlarını dərc edirsə, həmin hesabatlar bu standartda göstərildiyi kimi, ən 
azından son illik maliyyə hesabatlarına daxil edilən bütün başlıqları və 
seçilmiş izahlı qeydləri əhatə etməlidir. Əlavə maddələrin və qeydlərin 
müxtəsər maliyyə hesabatlarında göstərilməməsi yanlış təsəvvür yaradarsa, 
həmin maddələr və qeydlər hökmən hesabata əlavə olunmalıdır. 
Səhm üzrə ilkin (baza) və azaldılmış mənfəət aralıq dövr üzrə mənfəət 
və zərər haqqında tam və ya müxtəsər hesabatda təqdim edilməlidir. 
Müəssisə kapitalda dəyişikliklər haqqında aralıq hesabat təqdim 
etdikdə son ilin maliyyə hesabatının tərtib olunduğu formaya riayət etmə-
lidir. 
Müəssisənin ən sonuncu maliyyə hesabatları birləşdirilmiş (konsolidə 
edilmiş) əsasda tərtib olunarsa, onun aralıq maliyyə hesabatları da bu əsasda 
hazırlanmalıdır. Əsas müəssisənin müxtəlif maliyyə hesabatları son ilin 
maliyyə hesabatlarında birləşdirilmiş (konsolidə edilmiş) hesabatlara uyğun 
gəlmir və onlarla müqayisə oluna bilməz. Müəssisənin illik maliyyə 
hesabatlarına birləşdirilmiş (konsolidə edilmiş) hesabatlar ilə bərabər, əsas 
müəssisənin maliyyə hesabatları da daxil olarsa, bu standart müəssisənin 
müxtəlif maliyyə hesabatlarının müəssisənin aralıq maliyyə hesabatlarına da 
daxil edilməsini nə tələb, nə də qadağan edir. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin