“Aktivlərin qiymətdən
düşməsi üzrə”
24№-li MMUS-ə uyğun olaraq, aktivin bərpa edilə bilən
məbləğini müəyyənləşdirir. İstifadə dəyərini müəyyənləşdirərkən sahibkar,
aktivin davamlı istifadəsi və onun birgə müəssisə tərəfindən axırda satılması
şərtinə əsaslanaraq aktivdən irəli gələcək pul vəsaitinin hərəkətini
qiymətləndirir.
Birgə müəssisə üzərində birgə nəzarəti olmayan investor, birgə müəs-
sisə üzərində mühüm təsirə malik olduqda, həmin sərmayəni öz uçotunda
“Asılı təsərrüfat cəmiyyətlərində investisiyaların uçotu üzrə”
20№-li
MMUS-ə uyğun olaraq əks etdirməlidir.
Birgə müəssisənin rəhbərləri və ya operatorlarının hər hansı qono-
rarları
6№-li
“Gəlirlər üzrə”
MMUS-ə uyğun olaraq uçota alınmalıdır.
Bir və ya bir neçə sahibkar birgə müəssisənin operatoru və ya me-
neceri qismində çıxış edə bilər. Adətən, belə vəzifələrin icra edilməsinə görə
Maliyyə hesabatı
152
operatorlara idarəetmə qonorarı ödənilir. Bu qonorarlar birgə müəssisə
tərəfindən xərc kimi hesaba alınır.
9.4. Standartda verilən informasiyaların açıqlanması
Əgər zərərin yaranma ehtimalı zəif deyildirsə, onda sahibkar aşağıdakı
şərti öhdəliklərin məcmu məbləğlərini digər şərti öhdəliklərin həcmindən
ayrı olaraq açıqlamalıdır:
Sahibkarın birgə fəaliyyətlərdəki payı ilə bağlı yaranan hər hansı şərti
öhdəliklərin hər birisində olan payını;
Özünün şərti olaraq cavabdehlik daşıdığı birgə fəaliyyətlərin özlərinin
şərti öhdəliklərindəki payını;
Birgə fəaliyyətdə bir sahibkarın digər sahibkara məxsus öhdəliklərə
qarşı şərti öhdəlik daşıdığı səbəbindən ortaya çıxan şərti öhdəlikləri.
Sahibkar birgə fəaliyyətlərdəki iştirak payları ilə əlaqədar aşa-
ğıdakı öhdəliklərin məcmu məbləğlərini digər öhdəliklərdən ayrı olaraq
açıqlamalıdır:
Sahibkarın birgə fəaliyyətlərdəki iştirak payları ilə əlaqədar hər hansı
investisiya öhdəlikləri və onun dıgər sahibkarlarla birgə götürülmüş
investisiya öhdəliklərindəki payı;
Onun birgə fəaliyyətlərin özlərinin investisiya öhdəliklərindəki payı.
Sahibkar mühüm birgə müəssisələrdəki iştirak paylarının siyahı-
sını və növlərini və həmçinin birgə nəzarət edilən müəssisələrdəki mül-
kiyyət paylarına dair informasiyanı açıqlamalıdır. Proporsional kon-
solidasiya və ya iştirak payı üsulu üçün sətirbəsətir hesabat formasından
istifadə edərək, birgə nəzarət edilən müəssisələrdə öz iştirak paylarını
tanıyan sahibkar, birgə müəssisədəki iştirak payları ilə əlaqədar cari
aktivlərin, uzunmüddətli aktivlərin, cari öhdəliklərin, uzunmüddətli
öhdəliklərin, gəlir və xərclərin hər birisinin məcmu dəyərinə dair infor-
masiyanı açıqlamalıdır. Bütün bunlarla yanaşı, sahibkar birgə nəzarət
edilən müəssisələrdəki öz iştirak payını tanımaq üçün tətbiq etdiyi üsulu
da açıqlamalıdır.
|