Maliyyə hesabatı 148
birgə çəkilən xərclərin sahibkarlar arasında bölüşdürülməsi üçün bir
vasitədir.
Sahibkar birgə nəzarət edilən əməliyyatlarda öz iştirak payı ilə əlaqədar
maliyyə hesabatlarında aşağıdakıları tanımalıdır:
Sahibkarın nəzarət etdiyi aktivləri və qarşılıqlı öhdəlikləri;
Sahibkarın birgə müəssisənin mal və ya xidmətlərinin satışı ilə bağlı
çəkdiyi xərcləri və əldə etdiyi gəlir payını.
Aktiv, öhdəlik, gəlir və xərclər sahibkarın konsolidə edilmiş maliyyə
hesabatını təqdim etdiyi halda bu maddələrlə bağlı hər hansı bir düzəlişlər
və ya digər konsolidasiya prosedurları tələb olunmur.
Bəzi birgə fəaliyyətlər birgə fəaliyyətə ianə edilmış və ya birgə fəaliy-
yətin məqsədləri üçün alınmış və ya bu məqsədlərə yönəldilmiş bir və ya
daha çox aktiv üzərində sahibkarların birgə nəzarətini və çox vaxt birgə
mülkiyyətini özündə əks etdirir. Bu aktivlər sahibkarlara fayda gətirmək
məqsədilə istifadə olunur. Hər bir sahibkar həmin aktivlərdən alınan məh-
suldan öz payını götürmək imkanına malikdir və onlardan hər biri yaranmış
xərclərin razılaşdırılmış hissəsini öz öhdəsinə götürür.
Həmin birgə fəaliyyətlərə sahibkarın özlərindən ayrı olan korporasiya,
şərikli şirkət və ya hər hansı digər müəssisə, yaxud maliyyə strukturunun
yaradılması daxil edilmir. Hər bir sahibkar birgə nəzarət edilən aktivlərdəki
payı vasitəsilə gələcək iqtisadi səmərələrdəki payı üzərində nəzarətə
malikdir.
Sahibkar birgə nəzarət edilən aktivlərdə olan öz iştirak payı ilə əlaqədar
maliyyə hesabatlarında aşağıdakıları tanımalıdır:
Xüsusiyyətlərinə uyğun olaraq təsnifləşdirilən birgə nəzarət edilən
aktivlərdəki payı;
Daşıdığı hər hansı öhdəlikləri;
Birgə fəaliyyətlə bağlı diğər sahibkarlarla birgə götürülmüş öhdəlik-
lərdəki payı;
Birgə fəaliyyətin çəkdiyi hər hansı xərclərdəki olan payı ilə birlikdə
birgə fəaliyyətin məhsulundakı payının satışından və ya istifadəsindən
əldə olunan hər hansı gəliri;
Birgə fəaliyyətdəki iştirak payı ilə bağlı çəkilən hər hansı xərcləri.
Aktiv, öhdəlik, gəlir və xərclər sahibkarların maliyyə hesabatlarında
tanındığına görə sahibkar, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesa-