Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə134/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 
9.2. Birgə fəaliyyətin formaları 
 
Birgə fəaliyyətlər müxtəlif forma və strukturlarda olur. 21№-li 
Standart birgə fəaliyyət kimi ümumi təsvir olunan və onun tərifinə uyğun 
gələn üç geniş növü müəyyən edir: 1) birgə nəzarət edilən əməliyyatlar, 2) 
birgə nəzarət edilən aktivlər, 3) birgə nəzarət edilən müəssisələr. Aşağıdakı 
səciyyəvi xüsusiyyətlər birgə fəaliyyətlərin bütün növlərinə aid edilir: 


Sifariz Səbzəliyev
 
147 

İki və ya daha artıq sahibkar müqavilə şərtləri üzrə qarşılıqlı 
öhdəlik daşıyırlar;

Müqavilə şərtləri birgə nəzarəti təmin edir. 
İnvestisiya obyekti olan müəssisə hüquqi baxımdan yenidən təşkil 
olunduqda və ya müflis vəziyyətinə düşdükdə, yaxud sahibkara vəsait 
ötürmə qabiliyyəti üzrə ciddi uzunmüddətli məhdudiyyətlər altında fəaliyyət 
göstərdikdə, birgə nəzarət aradan qaldırıla bilər. Əgər birgə nəzarət davam 
edirsə, bu hadisələr özlüyündə birgə müəssisənin uçotunun hazırkı Standarta 
uyğun olaraq aparılmasına kifayət qədər əsas vermir. 
Müqavilə razılaşmasının mövcud olması birgə nəzarəti təmin edən iştirak 
paylarını, investorun əhəmiyyətli təsirə malik olduğu asılı təsərrüfat 
cəmiyyətlərinə qoyulan sərmayələrdən fərqləndirilir (bax: “Asılı təsərrüfat 
cəmiyyətlərinə investisiyaların uçotu üzrə” 20№-li MMUS). Birgə nəzarəti 
təmin edən müqavilə razılığı olmadan həyata keçirilən heç bir fəaliyyət bu 
standartın məqsədləri baxımından birgə fəaliyyət hesab edilmir. 
Müqavilə razılığı birgə fəaliyyət üzərində birgə nəzarətin yaradılmasını 
təmin edir. Belə bir tələb hər hansı sahibkarın müəssisə fəaliyyəti üzərində 
birtərəfli nəzarətə malik olmasının qarşısını alır. 
Müqavilə razılığı sahibkarlardan birini birgə fəaliyyətin operatoru və ya 
meneceri kimi müəyyən edə bilər. Operator birgə fəaliyyət üzərində 
nəzarətə malik deyil, amma müqavilə razılığına uyğun olaraq, sahibkarlar 
tərəfindən razılaşdırılmış və ona həvalə edilmiş maliyyə və əməliyyat 
siyasəti çərçivəsində fəaliyyət göstərir. Əgər operatorun iqtisadi fəaliyyət 
üzrə maliyyə və əməliyyat siyasətini idarə etmək səlahiyyəti varsa, o, 
fəaliyyətə nəzarət edir və bu fəaliyyət birgə fəaliyyət deyil, operatorun 
törəmə müəssisəsi sayılır. 
Bəzi birgə fəaliyyətlərin əməliyyatlarında sahibkarın özlərindən hüquqi 
cəhətdən asılı olan korporasiya, şərikli şirkət, başqa müəssisə, yaxud 
maliyyə strukturunun yaranmasından deyil, sahibkarların şəxsi aktivlərindən 
və digər ehtiyatlarından istifadə edilir. Hər bir sahibkar öz şəxsi əsas 
vəsaitlərindən (torpaq, tikili və avadanlıqlarından) istifadə edir və öz şəxsi 
mal-material ehtiyatlarını yaradır. O, həmçinin xərc və öhdəliklərinə görə 
özü məsuliyyət daşıyır və öz öhdəliyi olan maliyyə resurslarını özü əldə 
edir. Birgə fəaliyyət sahibkarın analoji fəaliyyətləri ilə yanaşı, sahibkarın 
işçiləri tərəfindən də həyata keçirilə bilər. Birgə fəaliyyət razılaşması adətən 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin