Sifariz Səbzəliyev 149
batlarını təqdim etdiyi təqdirdə, bu maddələrlə bağlı heç bir düzəlişlər və ya
digər konsolidasiya prosedurları tələb olunmur.
Birgə nəzarət edilən aktivlərin uçotu, adətən, birgə fəaliyyətin hüquqi
formasından başqa, onun mahiyyətini və iqtisadi reallığını da əks etdirir.
Birgə nəzarət edilən müəssisə hər bir sahibkarın iştirak payı olan korpo-
rasiya, şərikli şirkət və ya hər hansı digər formada yaranan fəaliyyətdir. Bu
müəssisə, digər müəssisələr kimi fəaliyyət göstərir, lakin sahibkarlar
arasındakı mövcud olan müqavilə razılığı, müəssisənin iqtisadi fəaliyyəti
üzərində birgə nəzarəti təmin edir.
Birgə nəzarət edilən müəssisə birgə fəaliyyətin aktivlərinə nəzarət edir,
öhdəlik və xərclərini üzərinə götürür və gəlir əldə edir. O, öz adından
müqavilələr bağlaya və birgə fəaliyyətin məqsədləri üçün maliyyə resursları
cəlb edə bilər. Bəzi birgə nəzarət edilən müəssisələrdə birgə fəaliyyət
nəticəsində yaranan məhsulların bölüşdürülməsi nəzərdə tutulsa da, hər bir sa-
hibkarın birgə nəzarət edilən müəssisənin gəlirindən pay almaq hüququ vardır.
Birgə nəzarət edilən müəssisələr digər müəssisələr kimi, mühasibat
uçotunun aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını və təqdim
edilməsini Milli və ya Beynəlxalq Mühasibat Uçotu Standartına uyğun
olaraq həyata keçirir. Hər bir sahibkar birgə nəzarət edilən müəssisəyə,
adətən, nağd pul və ya digər resurslar qoyur. Bu qoyuluşlar sahibkarın
mühasibat uçotuna daxil edilir və onun maliyyə hesabatlarında birgə nəzarət
edilən müəssisəyə qoyulan investisiya kimi tanınır.
9.3. Sahibkarın maliyyə hesabatları Sahibkar birgə nəzarət edilən müəssisədəki iştirak payını proporsional
konsolidasiya metodundan istifadə edərək tanımalıdır. Proporsional konso-
lidasiya metodu tətbiq edildiyi zaman aşağıdakı iki hesabat formalarının
birindən istifadə edilməlidir.
Törəmə şirkətlərində investisiyaların olub-olmasından və ya öz
maliyyə hesabatlarını birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları
kimi təsvir edib-etməsindən asılı olmayaraq, sahibkar birgə nəzarət edilən
müəssisədəki iştirak payını proporsional konsolidasiyanın iki hesabat
formasından biri vasitəsilə tanıyır.
Birgə nəzarət edilən müəssisədəki iştirak payını tanıyarkən sahibkar
birgə müəssisənin konkret struktur və ya formasını deyil, razılaşmanın