Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə132/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
145 
yaxud satış üçün nəzərdə tutlmuş kimi aşağıdakı təşkilatlara məxsus birgə 
nəzarət edilən müəssisələrdəki paylarına tətbiq edilmir: 

riskli kapital növlü təşkilatlar; 

qarşılıqlı fondlar, investisiya paylı fondlar və analoji strukturlar, o 
cümlədən investisiya növlü sığorta fondları. 
Bu cür investisiyalar ədalətli dəyərlə qiymətləndirilməli, ədalətli 
dəyərdəki dəyişikliklər isə onların baş verdiyi dövrdə mənfəət və zərərlər 
haqqında hesabatda tanınmalıdır. 
Birgə nəzarət edilən müəssisədə iştirak payı olan sahibkar aşağıdakı 
şərtləri yerinə yetirdikdə, hazırkı Standartın proporsional konsolidasiya 
maddəsindəki tələblərin icrasından azad olunur: 

pay, satış üçün nəzərdə tutulan kimi təsnifləşdirildikdə 

“Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) 
maliyyə hesabatları üzrə” 19№-li Milli Mühasibat Uçotu Standartının 11-
ci maddəsində birgə nəzarət edilən müəssisədə payı olan əsas müəssisəyə 
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim etməyə 
icazə verən istisna tətbiq edildikdə; 

aşağıdakı qeyd olunanların hamısı tətbiq edildikdə: 
a) sahibkar özü-özlüyündə digər müəssisənin tam, yaxud qismən
mülkiyyətində olan törəmə müəssisədir və onun mülkiyyətçiləri, o cüm-
lədən əksər hallarda səsvermə hüququna malik olmayan mülkiyyətçiləri 
sahibkarın proporsional konsolidasiya üsulunu tətbiq etməməsi barədə 
məlumatlandırılmışdırlar və buna etiraz etmirlər
b) sahibkarın borc və kapital alətləri açıq bazarda ( yerli və regional 
bazarlar daxil olmaqla, daxili və ya xarici fond birjasında, yaxud birja-
dankənar bazarda) alınıb satılmır; 
c) sahibkar açıq bazara hər hansı bir aləti emissiya etmək məqsədi ilə 
öz maliyyə hesabatlarını qiymətli kağızlar üzrə komissiya və ya digər ni-
zamlayıcı orqanda qeydiyyatdan keçirməmişdir və hal-hazırda da keçirmir; 
ç) sahibkarın əsas və ya hər hansı aralıq ana müəssisənin MMUS-na 
uyğun olaraq ictimaiyyət üçün açıq olan birləşdirilmiş (konsolidə edilmiş) 
maliyyə hesabatları hazırlanır. 
21№-li Standartda istifadə olunan terminlər aşağıdakı mənaları ifadə 
edir: 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin