Maliyyə hesabatı
142
Əgər bir müəssisənin debitor borcu qrupa daxil olan müəssisədə borc
kimi qeydə alınmışdırsa, onda konsolidasiya zamanı hər iki mövqe müəs-
sisələr arasında yenidən hesablanılır.
Problem ondadır ki, müəssisələr arasında yenidən hesablanası möv-
qelər öz kəmiyyətinə görə həmişə eyni olmur. Səbəbləri belə izah etmək
olar: məsələn, bir müəssisə malların yola salınması üzrə debitor borclarını
uçotda qeydə almışdır, digər müəssisə isə hesabat tarixinədək heç nə
almamışdır, müvafiq surətdə malsatanlarla hesablaşmalar üzrə borcu göstərə
bilməmişdir. Fərqlər, müxtəlif valyuta məzənnələrindən, istifadə, bank
köçürmələrinin davamlılığı və s. səbəblər üzündən baş verə bilər (məsələn,
bir müəssisə kreditor borcunu ödəmişdir, digəri isə köçürməni ala bilmə-
mişdir). Belə hallarda səbəblərdən asılı olaraq yaranan fərqlər düzəlişə
məruz qalır və maliyyə nəticələrinə təsir göstərmir. Bəzən həmin fərqlər
maliyyə nəticələri haqqında hesabatda ayrıca maddə şəklində qeydə alınır.
“Aralıq nəticələrin” çıxarılması metodu
: Bəzən bir qrupun
cəmiyyəti digərinə, məsələn, əmlak obyekti satır, nəticədə birisi satışdan pul
vəsaiti əldə edir, digəri isə satınalma ilə bağlı xərc çəkməli olur. Əmlakın
satınalma xərcləri onun ilkin dəyərini təcəssüm etdirir. Eyni zamanda
konsolidasiya nöqteyi-nəzərindən ayrıca cəmiyyət, qrupun müstəqil olma-
yan bölməsi kimi nəzərdə tutulur və satış hələlik baş tutmamışdır. Satış o
zaman baş tutmuş sayılır ki, məhsullar, yaxud xidmətlər “üçüncü tərəf”
vasitəsilə müəssisəyə satılmış olsun. Son nəticədə qrupun bir cəmiyyəti
tərəfindən digər cəmiyyətdən satın alınan əmlakın dəyər qiyməti satılma-
mış, yaxud aralıq nəticənin artırılmış, yaxud azadılmış kəmiyyəti hesab
olunur (aralıq mənfəət götürüldükdə azalır, zərər çəkildikdə isə artır).
Dostları ilə paylaş: