üzrə” 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi 9.2. Birgə fəaliyyətin formaları 9.3. Sahibkarın maliyyə hesabatları 9.4. Standartda verilən informasiyaların açıqlanması 9.1. “Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə” 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi “Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə” 21
№-li
MMUS Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 29 dekabr
2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Birgə müəssisə-
lərdə iştirak payı” adlı 31№-li MUBS-na əsaslanmışdır.
21 №-li Standartın məqsədi asılı və ya törəmə müəssisə kimi deyil,
birgə müəssisə kimi müəyyən edilən qurumlarda iştirak payı sahiblərinin
maliyyə hesabatlarının hazırlanması üçün tətbiq etməli olduqları təcrübənin
müəyyən olunmasıdır.
Adı çəkilən Standart, Uçot Qaydaları nəzərə alınmaqla, Azərbaycan
Respublikasının Mühasibat Uçotu haqqında Qanunun 10-cu maddəsində
müəyyən edilmiş kommersiya təşkilatları tərəfindən hazırlanan illik maliyyə
hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına tətbiq
edilir.
Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar
ilə bu Standart arasında ziddiyyət yarandığı halda hazırkı Standart tətbiq
edilməlidir.
Adı çəkilən Standart, birgə müəssisə tərəfindən həyata keçirilən əmə-
liyyatların növündən asılı olmayaraq sahibkar və investorların birgə
müəssisələrdə iştirak paylarının və onların maliyyə hesabatlarında birgə
müəssisələrin aktiv, öhdəlik, gəlir və xərclərinin uçotu üçün tətbiq olunma-
lıdır. Lakın, bu Standart sahibkarların, ilkin tanınma zamanı mənfəət və
zərərlər haqqında hesabat vasitəsilə ədalətli dəyər əsasında qiymətləndirilən,