Mütənasib konsolidasiya metodu
: Yuxarıdakı övlad müəssisələr
üçün tətbiq olunan tam konsolidasiyanın tərkib hissəsi kimi nəzərdən keçi-
rilmişdir. Qeyd etdiyimiz kimi, birgə nəzarət olunan cəmiyyətlərin və birgə
fəaliyyətin konsolidə edilmiş hesabatlara daxil edilməsi konsolidasiyanın
mütənasib metodundan istifadə etməklə həyata keçirilir. Bu metod özünün
mahiyyətinə və ardıcıllığına görə tam konsolidasiya metodu ilə demək olar
ki, eynidir. Fərq bundadır ki, birgə nəzarət olunan cəmiyyətin əmlakı və
öhdəlikləri, xərclər və fəaliyyətin nəticələri konsolidasiyanın birinci
mərhələsində maddələr və sətirlər üzrə məbləğlər tam kəmiyyətlə deyil, mü-
vafiq cəmiyyətdə qrupun payına mütənasib kəmiyyətlə qeydə alınır.
Sifariz Səbzəliyev
143
Equitu (kapitalda pay)
metodu:
Asılı cəmiyyətlərin konsolidə
edilmiş hesabata daxil edilməsi üsulu övlad müəssisələrin hesablarının
konsolidasiyasından fərqlənir. Qeyd olunduğu kimi, MHBS-na uyğun olaraq
kapitalda pay metodunun köməyilə konsolidə edilən hesabatlara daxil edilir.
Həmin metodun ilkin tətbiqinin hesabat tarixi qismində qeydiyyat tarixi əsas
götürülməlidir.
Asılı cəmiyyətin birinci ilində iştirak, onun əldə olunmasına çəkilən
xərclərin ilkin dəyəri ilə əks etdirilir. Sonrakı dövrlərdə iştirakın dəyər
qiyməti onun balans dəyərinə istinad edəcək. Bu qiymət, müvafiq sürətdə
alınan mənfəətin (yaxud zərərin) məbləğində azalacaq və ödənilən divident
məbləğində azalmağa doğru meyil edəcək.
Maliyyə hesabatı
144
IX FƏSİL. TƏŞKİLATLARIN BİRGƏ FƏALİYYƏTİ
HAQQINDA MALİYYƏ HESABATI
9.1. “Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları
Dostları ilə paylaş: |