Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə126/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 
 
 


Sifariz Səbzəliyev
 
139 
8.7. Xarici övlad müəssisələrin birləşdirilmiş (konsolidə edilmiş) 
maliyyə hesabatının xüsusiyyətləri 
Konsolidasiya – müəyyən əlamətlər üzrə bəzi elementlərin birləşdiril-
məsi deməkdir. Konsolidasiyanın zəruriliyi iqtisadi məqsədin uyğunlu-
ğundan irəli gəlir. Sahibkarlar bir çox hallarda bir nəhəng korporasiya 
əvəzinə, hüquqi cəhətdən müstəqil, lakin iqtisadi cəhətdən biri-birilə əla-
qədə olan bir neçə kommersiya strukturunun yaradılmasına üstünlük ve-
rirlər. Bunun köməyilə vergi ödənişlərində müəyyən qənaət əldə olunur, 
biznesin aparılmasında risk dərəcələri aşağı düşür, kapitalın və təchizat 
bazarlarının yeni formalarının mənimsənilməsində çox böyük mobilliyə nail 
olunur və s. Konsolidə edilmiş hesabatların əsas iki xüsusiyyətini qeyd 
etmək olar: 
1.
Konsolidasiya hüquqi cəhətdən müstəqil sayılan təşkilatın hesabatı 
deyildir. Konsolidasiyanın başlıca məqsədi vergiyə cəlb olunan 
mənfəəti müəyyənləşdirmək deyildir. Burada başlıca, məqsəd 
korporativ ailənin fəaliyyəti haqqında ümumi təsəvvür əldə etməkdən 
ibarətdir. Başqa sözlə o, aşkar analitik istiqamət xarakteri daşıyır. 
2.
Konsolidasiya heç də qrupun tabelçiliyində olan təşkilatların maliyyə 
hesabatlarının eyniadlı maddələrinin cəmlənməsi deyildir. Korporativ 
ailənin üzvləri arasındakı sövdələşmələr konsolidə edilmiş hesabatlara 
daxil edilmir. Burada yalnız öhdəliklər və aktivlər, habelə üçüncü 
şəxslərlə əməliyyatlardan alınan gəlir və xərclər göstərilir. 
Konsolidasiya ideyasının reallaşdırılmasında şəksiz liderlik ABŞ-a 
məxsusdur. Bilavasitə bu ölkədə XIX əsrin ortalarından başlayaraq, kapi-
talın təmərküzləşməsinin coşqun prosesi müşahidə edilirdi. Artıq həmin 
dövrdə bir şirkət, digər şirkətinin qurbanına çevrilirdi. 
XX əsrin əvvəllərində konsolidasiya praktikada artıq geniş yayılmağa 
başlanmışdı. Bu prosesə bir sıra səbəblər təsir göstərirdi: şirkətlərin birlik-
lərinin qovuşması, holdinq biznesinin inkişafı, nəhəng fond birjalarının 
konsolidasiya ideyasının bəyənilməsi və i.a. 
Avropa konsolidasiyası xeyli gec tətbiq olunmağa başladı. Məsələn, 
İngiltərədə ilk konsolidə edilmiş hesabat 1907-ci ildə hazırlanmışdır. Birinci 
qanuniləşdirilən hesabat isə1947-ci ildə meydana gəlmişdir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin