Maliyyə hesabatı 136
alınmış avansların məbləğinin ayrıca əks etdirilməsi;
qoyulmuş kapital üzrə ödənilməyən haqq məbləğlərinin qeydə alınması;
ehtiyat fondunun tərkibini əks etdirən xüsusi maddələrin daxil edilməsi;
“Xüsusi kapitalı üstələyən zərər” maddəsinin ayrıca verilməsi.
Konsolidə edilmiş maliyyə hesabatlarınin qurulmasına əsaslanan
sadalanan prinsiplərin bir qismi MMUS-da öz əksini tapmışdır. Eyni
zamanda konsolidə edilmiş maliyyə hesabatları etibarlılıq, tamlıq, ardıcıllıq,
müqayisəlilik, hesabat dövrü və maliyyə hesabatının rəsmiyyətə salınması
kimi tələblərə cavab verməlidir.
8.6. Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının, mənfəət və zərərlər haqqında hesabatın strukturu Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının bir sıra gös-
təriciləri ana təşkilatın və övlad müəssisənin hesabat göstəricilərinin sətir-
bəsətir cəmlənməsi yolu ilə əldə olunur.
Bu zaman konsolidə edilmiş balansa daxil edilmir:
Ana təşkilatın övlad cəmiyyətlərin nizmnamə kapitalına qoyduğu
maliyyə qoyuluşları və müvafiq surətdə övlad cəmiyyətlərin
nizamnamə kapitalının ana təşkilata mənsub olan hissəsi;
Ana təşkilatla övlad cəmiyyətlər arasında, həmçinin qrupa daxil olan
övlad cəmiyyətləri arasındakı əməliyyatlardan alınan mənfəət və zərər;
Ana təşkilatla övlad cəmiyyətlər arasında, həmçinin qrupa daxil olan
övlad cəmiyyətləri arasında debitor və kreditor borclarını əks etdirən
göstəricilər;
Övlad cəmiyyətlər tərəfindən ana təşkilata, habelə ana təşkilat
tərəfindən özünün tabelçiliyində olan övlad cəmiyyətlərə ödənilən
dividendlər: konsolidə edilmiş maliyyə hesabatında yalnız həmin qrupa
daxil olmayan təşkilatlara və şəxslərə ödənilən dividendlər əks etdirilir;
Ana təşkilat səhmdar cəmiyyətin səsvermə hüququ olan səhmlərin 50
faizdən azına malik olduqda, qrupun fəaliyyətinə aidiyyəti olmayan
aktivlərin və passivlərin bir hissəsi.
Əgər ana təşkilatın və övlad cəmiyyətlərin maliyyə hesabatları bir-
ləşdirilən zaman baş təşkilatın övlad təşkilata maliyyə qoyuluşlarının balans
qiyməti övlad cəmiyyətlərin səhmlərinin nominal dəyərindən fərqlənərsə,