Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə122/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Konsolidasiya metodlarından
və qiymətlərindən istifadənin 
daimiliyi, fəaliyyətdə olan müəssisə prinsipi
: Konsolidasiya metodları 
uzun müddət ərzində tətbiq edilməlidir. Belə ki, müəssisə öz fəaliyyətini 


Sifariz Səbzəliyev
 
135 
uzun müddət ərzində davam etdirir və onu dayandırmaq niyyətində deyildir. 
Müstəsna hallarda kənarlaşmalara yol verilə bilər və bu kənarlaşmalar 
müvafiq əsaslandırmalarla hesabata əlavələrdə açıqlanmalıdır. Bu prinsiplər 
konsolidə edilən hesabatların olunmasının həm formalarına, həm də metod-
larına şamil edilir. 
Əhəmiyyətlilik prinsipi
. Belə bir prinsip, şirkəti maliyyə-təsərrüfat 
fəaliyyəti haqqında qərarların qəbuluna, yaxud dəyişdirilməsinə təsir 
göstərən bəzi maddələrin kəmiyyətinin açıqlanmasını nəzərdə tutur. 
Qiymətləndirmənin vahid metodu
. Konsolidə edilmiş şirkətin aktiv-
ləri, passivləri, gələcək dövrün xərcləri, mənfəət və zərərlər tam şəkildə 
qeydə alınmalıdır. Əsas məsələ bundadır ki, ana şirkətin və övlad müəssi-
sənin aktivləri və passivləri konsolidə edildikdə, ana şirkətdə tədbiq olunan 
vahid metodoloji qiymətlərlə qiymətləndirilməlidir. Ana şirkətin əməl etdiyi 
qanunvericilikdə nəzərdə tutulan qiymətləndirmə metodları konsolidə 
edilmiş hesabat formalaşdırılıqda tətbiq olunmalıdır. 
Tərtib olunmanın vahid tarixi
: Konsolidə edilmiş hesabat ana şir-
kətinin balansının tərtib olunduğu tarixə əks etdirilməlidir. Övlad müəssi-
sənin hesabatlarının göstəriciləri də konsolidə edilmiş hesabatın tarixinə 
yenidən hesablanmalıdır. 
Alman qanunvericiliyində konsolidə edilmiş balanslar tərtib olun-
duqda, sadalanan prinsiplərdən başqa, aşağıdakılar da nəzərdə tutulur: 

saldolaşdırmanın qadağan edilməsi; 

balansın strukturunun sabitliyi; 

əvvəlki illərə görə göstəricilərinin verilməsi; 

balans maddələrinin yenidən qruplaşdırılmasına yol verilməməsi; 

fəaliyyətin bir neçə sferası mövcud olduqda balansın strukturunun 
genişləndirilməsi; 

zəruri hallarda əlavə qrupların ayrılması; 

qəbul edilmiş maddələrdə məzmunu açıqlanmayan yeni maddələrin 
balansa daxil edilməsi; 

əsas kapitalın dinamikasının əks etdirilməsi; 

bir ildən yuxarı ödənilmə müddəti olan borc öhdəliklərinin məb-
ləğlərinin göstərilməsi; 

bir ilə qədər ödənilmə müddəti olan borc öhdəliklərinin məbləğlərinin 
göstərilməsi; 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin