Maliyyə hesabatı 138
yətinin maliyyə nəticəsinin kəmiyyətini xarakterizə edir. Mənfəət və
zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatını tərtib etmək üçün
azlıqların payı hesabat dövrü ərzində övlad cəmiyyətin bölüşdürülməmiş
mənfəətinin və ödənilməmiş zərərinin kəmiyyətindən asılı olaraq
müəyyənləşdirilir.
Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatında
azlıqların payı göstəricisi ayrıca maddə şəklində qeydə alınmalıdır:
Onların siyahısı (tam adı), dövlət qeydiyyat yeri, yaxud təsərrüfat fəaliy-
yətinin aparıldığı yer, ana təşkilatın övlad və asılı cəmiyyətlərdə iştirak
payı, səsvermə hüququ olan səhmlərin (nizamnamə kapitalı) ana təş-
kilata mənsub olan hissəsi;
Qrupun maliyyə vəziyyətinə təsir göstərən dəyər qiyməti və onun
fəaliyyətinin maliyyə göstəriciləri. Asılı cəmiyyətlər üzrə qeyd olunan-
lardan başqa, onların nizamnamə kapitalının kəmiyyəti də əks etdi-
rilməlidir.
Övlad cəmiyyətə malik olan və təsərrüfatçılıq hüququna əsaslanan unitar
müəssisələrdə zəruri hallarda konsolidə edilmiş maliyyə hesabatları
tərtib edə bilərlər.
Könüllük prinsipi əsasında fəaliyyət göstərən təşkilatların hüquqi şəxslərinin
birliyi (ittifaqlar, assosiasiyalar) özlərinin təsis sənədlərinə müvafiq
sürətdə konsolidə edilmiş maliyyə hesabatlarını tərtib etmək hüququna
malikdirlər.
Konsolidə edilmiş mühasibat balansına və konsolidə edilmiş mənfəət və
zərərlər haqqında hesabata əlavələrdə aşağıdakı informasiyalar əks
etdirilə bilər:
Konsolidə edilmiş mühasibat balansının seçilmiş formalarında aparılan
dəyişiklik;
Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatı
formasında aparılan dəyişiklik və bu dəyişiklikləri doğuran səbəblər;
Aktivlərin və öhdəliklərin, gəlirlərin və xərclərin yenidən hesablanması
nəticəsində əmələ gələn fərqlər;
Ana təşkilatda mövcud olan yalnız asılı cəmiyyətlərin sayı və i.a.