Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə121/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
134 
Azlıqlara aid edilən zərərlər azlıqların törəmə müəssisənin kapitalında 
olan payından artıq olarsa, həmin zərərlər, azlıqların bu zərərləri bərpa 
etmək üçün öhdəliyini daşıdığı və bu məqsədlə əlavə kapital qoymaq imka-
nına malik olduğu hallar istisna olmaqla, çoxluğun payına aid edilməlidir. 
Əgər törəmə müəssisə daha sonra mənfəət əldə edərsə, bu mənfəət əvvəllər 
çoxluqlar tərəfindən ödənilmiş azlıqların zərərləri bərpa edilənədək çox-
luqların paylarına aid edilir. 
Əgər törəmə müəssisə azlıqların tərəfindən saxlanılan və kapital kimi 
təsnifləşdirilən kumulyativ imtirazlı səhmlərə malikdirsə, əsas müəssisə bu 
cür səhmlər üzrə dividentlərin bəyan olunub-olmamasından asılı olmayaraq, 
həmin dividentlərə düzəliş etdikdən sonra özünün mənfəət və ya zərər 
payını hesablayır. 
8.5. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının
hazırlanma prinsipləri 
 
Beynəlxalq Standartlara uyğun olaraq birləşdirilmiş (konsolidə edil-
miş) maliyyə hesabatları müəyyən prinsiplərə və metodlara, başqa sözlə, 
müəyyən tələblərə cavab verməlidir. 
Tamlıq prinsipi
: Bütün aktivlər, öhdəliklər, gələcək dövrlərin xərc-
ləri, konsolidə edilmiş qrupların gələcək dövrlərinin gəlirləri ana şirkətin 
payından asılı olmayaraq tam həcmdə qəbul edilir. Azlıqların payı balansda 
müvafiq başlıqla ayrıca maddə şəklində göstərilir. 
Xüsusi kapital prinsipi:
Ana şirkət və övlad müəssisələr vahid iqti-
sadi subyekt kimi qeydə alındığı üçün xüsusi kapital konsolidə edilmiş 
müəssisələrin səhmlərinin balans dəyərilə müəyyənləşdirilir. Bu qayda 
fəaliyyətin maliyyələşmə nəticələrinə və ehtiyatlara da şamil edilir. 
Ədalətli və səhih qiymətləndirmə prinsipi:
Konsolidə edilmiş hesa-
bat anlaşıqlı formada aydın və səlis şəkildə təqdim olumalıdır. Eyni 
zamanda belə hesabat qrupa daxil olan müəssisələrin aktivləri, öhdəlikləri, 
maliyyə vəziyyəti, mənfəət və zərərlər haqqında dürüst və səhih məlumatlar 
verməlidir. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin