Sifariz Səbzəliyev 153
X FƏSİL. ARALIQ MALİYYƏ HESABATLARI 10.1. “Aralıq maliyyə hesabatları üzrə” Kommersiya təşkilatları üçün 29№-li Milli Mühasibat Uçotu Standartının təyinatı, məqsədləri və tətbiqi sahəsi 10.2. Aralıq maliyyə hesabatlarının tərkibi 10.3. Seçilmiş izahlı qeydlər 10.4. Aralıq maliyyə hesabatlarının təqdim edilməsi üçün tələb olunan dövrlər 10.5. Aralıq maliyyə hesabatlarında informasiyaların tanınması və qiymətləndirilməsi 10.1. “Aralıq maliyyə hesabatları üzrə” Kommersiya təşkilatları üçün 29№-li Milli Mühasibat Uçotu Standartının təyinatı, məqsədləri və tətbiq sahəsi “Aralıq maliyyə hesabatları üzrə” Kommersiya təşkilatları üçün 29№-
li Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq olunmuşdur. Bu
standart “Aralıq maliyyə hesabatları” adlı 34№ Mühasibat Uçotunun
Beynəlxalq Standartına əsaslanmışdır.
Standartın məqsədi aralıq maliyyə hesabatlarının minimal tərkibinin
və aralıq dövr üzrə tərtib olunan tam və ya müxtəsər maliyyə hesabatlarında
tanınma və qiymətləndirmə prinsiplərinin müəyyən olunmasından ibarətdir.
Vaxtında tərtib edilən və etibarlı aralıq maliyyə hesabatları şirkətin
mənfəət və pul axınları əldə etmək imkanlarını aşkara çıxartmaqda, onların
maliyyə vəziyyətinə və lıkvidliyinə qiymət verməkdə investorların, kredi-
torların və digər şəxslərin qabiliyyətlərini yüksəldir.
29 №-li Standart heç də hər hansı bir müəssisənin aralıq maliyyə
hesabatlarını dərc etməli olduğunu və bunu hansı tezliklə və ya aralıq
dövrün başa çatmasından sonra nə qədər tez etməli olduğunu müəyyən-
ləşdirmir. Əgər müəssisə Milli Mühasibat Uçotu Standartlarına uyğun ola-
raq aralıq maliyyə hesabatlarını dərc etməyi qərara alarsa, onda həmin
Standart qüvvəyə minir.