Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə141/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
154 
İllik və ya aralıq hesabat olmasından asılı olmayaraq, hər bir maliyyə 
hesabatının Milli Mühasibat Uçotu Standartlarına uyğunluğu ayrıca qiy-
mətləndirilir. Müəssisənin müəyyən il ərzində aralıq maliyyə hesabatlarını 
təqdim etməli olmadığı və ya bu Standartın tələblərinə uyğun olmayan 
aralıq maliyyə hesabatlarını təqdim etməsi faktı, heç də illik maliyyə 
hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun olmamasını 
göstərmir. 
Hökumət, qiymətli kağızların tədavülünü tənzimləyən orqanlar, fond 
birjaları və mühasibat təşkilatları tez-tez tələb edirlər ki, qiymətli kağızlari 
bazarlarda tədavül olunan şirkətlər maliyyə ilinin birinci yarısı üçün aralıq 
maliyyə hesabatını hazırlayıb, dərc etdirsinlər. Belə hesabatlar aralıq dövr 
başa çatdıqdan 60 gündən gec olmayaraq təqdim olunmalıdır. 
29№-li Standartda istifadə edilmiş əsas anlayışlar aşağıda göstərilən 
mənaları ifadə edir: 
Aralıq dövr –
tam maliyyə ilindən qısa olan hesabat dövrü kimi başa 
düşülməlidir. 
Aralıq maliyyə hesabatları –
aralıq dövr üzrə tərtib olunan maliyyə 
hesabatlarının tam məcmusunun (“Maliyyə hesabatlarının təqdimatı üzrə” 
1№-li Milli Mühasibat Uçotu Standartında göstərildiyi kimi) və ya müxtəsər 
maliyyə hesabatlarının məcmusunun (bu Standartda göstərildiyi kimi) daxil 
olduğu maliyyə hesabatlarıdır. 
10.2. Aralıq maliyyə hesabatlarının tərkibi 
 
”Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№-li Milli Mühasibat Uçotu 
Standartında qeyd olunduğu kimi, maliyyə hesabatlarının tam dəsti 
aşağıdakılardan ibarətdir: 

Mühasibat balansı; 

Mənfəət və zərərlər haqqında hesabat; 

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 

Kapitalda dəyişikliklər haqqında hesabat; 

Uçot siyasəti və izahlı qeydlər. 
Aralıq maliyyə hesabatları bir minimum kimi aşağıdakı məlumatları 
əks etdirməlidir: 

müxtəsər mühasibat balansı; 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin