Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə143/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

10.3. Seçilmiş izahlı qeydlər 
Aralıq maliyyə hesabatlarına qeydlərdə ən son illik maliyyə hesabat-
larının qeydlərində artıq təqdim olunmuş nisbətən əhəmiyyətsiz məlumat-
ların təzələnməsinə ehtiyac yoxdur. Aralıq maliyyə hesabatı tarixinə müəssi-
sənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklik-


Maliyyə hesabatı
156 
lərin anlaşılması baxımından əhəmiyyətli olan əməliyyat və hadisələrin 
şərhi daha faydalıdır. 
Müəssisə aralıq maliyyə hesabatlarına qeydlərdə ən azından, aşağıdakı 
məlumatları açıqlamalıdır (əgər bu məlumatlar əhəmiyyətlidirsə və aralıq 
maliyyə hesabatlarının özündə açıqlanmayıbsa):

aralıq maliyyə hesabatlarına ən son illik maliyyə hesabatlarında istifadə 
olunmuş uçot siyasətinin və ya hesablama metodlarının tətbiq olunması 
haqqında bəyanat və ya həmin siyasətin və metodların dəyişdirildiyi 
təqdirdə, dəyişikliyin xüsusiyyətləri və nəticələri

aralıq əməliyyatların mövsümiliyi və dövriliyi haqqında izahlı şərhlər; 

xüsusiyyətlərinə, həcminə və tətbiq sahəsinə görə qeyri-adi olan pul və-
saitləri axınlarına və ya aktivlərə, öhdəliklərə, kapitala, xalis gəlirə təsir 
edən maddələrin xüsusiyyətləri və məbləği; 

cari maliyyə ilinin əvvəlki aralıq dövrlərində təqdim olunmuş uçot qiy-
mətləndirmələrində dəyişikliklərin və ya əvvəlki maliyyə illərində 
təqdim olunmuş uçot qiymətləndirmələrində dəyişikliklərin (həmin 
dəyişikliklərin cari aralıq dövrünə əhəmiyyətli təsiri olarsa) xüsusiy-
yətləri və məbləği; 

borc və kapital qiymətli kağızlarının emissiyasi, geri alınması və 
ödənilməsi; 

adi səhmlər və digər səhmlər üzrə ödənilmiş dividendlər (cəmi və ya hər 
bir səhm hesabı ilə); 

seqment hesabatlarının ilkin əsasının nədən ibarət olduğundan asılı 
olaraq, biznes seqmentləri və coğrafi seqmentlər üzrə seqment gəliri və 
nəticələri; 

aralıq dövrdən sonra baş vermiş və aralıq maliyyə hesabatlarında əks 
etdirilməyən əhəmiyyətli hadisələr; 

müəssisələrin birləşməsi, törəmə müəssisələrin və uzunmüddətli inves-
tisiyaların əldə olunması və ya satılması, restrukturizasiya və əməliy-
yatların dayandırılması daxil olmaqla, aralıq dövr ərzində müəssisənin 
quruluşunda baş verən dəyişikliklərin təsiri. Müəssisələrin birləşməsi 
zamanı 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin