Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə167/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 


Maliyyə hesabatı
180 
XII FƏSİL. ƏMƏLİYYAT SEQMENTLƏRİ
ÜZRƏ HESABAT 
 
12.1. “Əməliyyat seqmentləri üzrə” 34№-li Kommersiya təşkilat-
ları üçün Milli Mühasibat Uçotu Standartı, onun məqsədi və təyinatı 
12.2. Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi 
12.3. Seqment hesabatlarında cəmlənmə meyarları və kəmiyyət 
hüdudları 
12.4. Mənfəət və zərərlər, aktivlər və öhdəliklər haqqında məlu-
matlar 
12.5. Seqment hesabatlarının ilkin və təkrar formatlarının for-
malaşması 
12.6. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması 
12.1. “Əməliyyat seqmentləri üzrə” 34№-li
Kommersiya təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartı, onun məqsədi və təyinatı 
 
“Əməliyyat seqmentləri üzrə” 34№-li Kommersiya təşkilatları üçün 
Milli Mühasibat Uçotu Standartı Azərbaycan Respublikası Maliyyə Nazir-
liyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart 
“Əməliyyat seqmentləri” adlı 8№-li Maliyyə Hesabatlarının Beynəlxalq 
Standartı əsasında hazırlanmışdır. 
Respublikanın bir sıra təşkilatları, xüsusən də çox böyük səhmdar 
cəmiyyətləri çoxsaylı mallar istehsal edir, müxtəlif xidmətlər göstərir və 
eyni zamanda müxtəlif texniki səviyyəsi, rentabelliyi, gələcək inkişaf 
perspektivləri olan müəssisələrdə ticarət, vasitəçilik və maliyyə fəaliyyəti 
həyata keçirirlər. İstehsal, xüsusən də malların satışı müxtəlif coğrafi 
zonalarda, dövlətlərdə, ərazilərdə (regionlarda) baş tutur ki, bu da öz təsirini 
təsərrüfat fəaliyyətinin nəticələrində göstərir. Bu xüsusiyyətlər haqqında 
informasiyalar mühasibat hesabatlarının bir çox istifadəçiləri üçün çox 
böyük maraq doğurur. 
Bazar iqtisadiyyatı şəraitində mühasibat hesabatlarında təsərrüfat 
fəaliyyətinin ümumi nəticələri haqqında informasiyaları təşkilatın fəaliy-
yətinin istiqamətlərini, yaxud cografi rayonları xarakterizə edən müxtəlif 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin