Maliyyə hesabatı 188
Ümumiyyətlə, hər bir əməliyyat seqmentinin fəaliyyəti, maliyyə
nəticələri, proqnozlaşdırma və seqmentin planları məqsədilə cavabdeh olan
və bunlar barədə baş qərar qəbul edən şəxsə mütəmadi olaraq məruzə edən
idarəedici şəxs vardır. Belə şəxsə
“Seqment meneceri” deyilir.
“Seqment meneceri” termini xüsusi vəzifəli şəxsi yox, funksiyanı bildirir. Baş qərar
qəbul edən şəxs, həmçinin bəzi əməliyyat seqmentlərinin seqment meneceri
ola bilər.
Paraqrafın əvvəlində qeyd etdiyimiz xüsusiyyətlər seqment menecer-
lərinin cavabdeh olduğu iki və daha artıq müəssisə komponentinə tətbiq
oluna bilər. Baş qərar qəbul edən şəxs hər iki komponent toplusunun
əməliyyat nəticəsini və hər ikisi üçün əldə oluna bilən maliyyə məlumatını
təhlil edir. Bu halda müəssisə 34№-li Standarta istinad edərək, əməliyyat
seqmentlərinin hansı komponentlər toplusu tərəfindən təyin edildiyini
müəyyən edir.
12.3. Seqment hesabatlarında cəmlənmə meyarları və kəmiyyət hüdudları Əməliyyat seqmentləri tez-tez eyni iqtisadi xassələri olduğu halda,
eyni uzunmüddətli maliyyə nəticələrini nümayiş etdirir. Misal üçün, iqtisadi
xassələri eyni olduğu halda, iki əməliyyat seqmentinin satışının malların
maya dəyərinə uzunmüddətli ümumi nisbətlərinin eyni olması təxmin edilə
bilər.
Cəm, bu Standartın əsas prinsiplərinə uyğun gəldiyi halda, iki və daha
çox əməliyyat seqmenti bir seqment şəklində cəmlənə bilər. Bunun üçün
seqmentlər eyni iqtisadi xassələrə və aşağıdakı xüsusiyyətlərə malik olma-
lıdır:
mal və xidmətlərin təbiəti;
istehsal mərhələlərinin təbiəti;
mal və xidmətlərin müştərilərinin növü və sinfi;
malların paylanması və ya xidmətlərin göstərilməsi üsulları;
uyğun olan halda tənzim edən ətraf mühitin təbiəti: məsələn, bank,
sığorta və ya ictimai müəssisələr.
Müəssisə, aşağıdakı kəmiyyət hüdudlarında olan əməliyyat seqmentlə-
rinin məlumatları haqqında ayrıca hesabat verməlidir: